“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ
Lent.az-ın müsahibi hamının "Tamara", "Niqulya xanım" kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidir
- Kəmalə xanım, istəyirəm öncə sizi tamaşaçılarınıza yaxından tanıdaq.
- O, 2024-cü ilin ən seksual kişisi seçildi
- Selin Dion Adelin əlini öpdü -VİDEO
- Prezidentin nəvəsi Ronaldinyo ilə görüşdü
- Məni çox adam rayonlu bilir. Çünki rayon toylarından həddən çox dəvət alıram. Şirvan, cənub zonası mənə baxır (gülür), bakılıyam. Yasamalda anadan olmuşam. Atam “Sovetski”də, anam Türkanda doğulub. 7 yaşım olanda Günəşliyə köçmüşük. 30 ildir orada yaşayıram. Ona görə Günəsli təxəllüsünü götürmüşəm. Səhnəyə ilk çıxanda sadəcə Kəmalə adı ilə çıxırdım. Amma düzünü deyim, lap belə pulunu verib efirlərə çıxsam da, tanınmırdım. Uşaqlıqdan oxuyuram. Anam toy müğənnisi idi, indi uzaqlaşıb. Tam musiqi təhsilim olmasa da, təhsilsiz də deyiləm. Musiqi dərsləri almışam. “Tamara” mahnısı ilə ulduzum bir gecədə parladı. Bu gün oxudum, səhər oyananda gördüm məşhuram. Ondan sonra da heç kim adımı demədi, elə hamı Tamara deyir.
- Bir də Niqulya xanım deyirlər axı sizə.
- (Gülür). Hə, ölkədə yeganə müğənniyəm ki, prodüserim məni yox, mən prodüserimi məşhurlaşdırmışam, onun adı ilə tanınıram. Nigar xanımla bir neçə ildir birlikdəyik. Bu ideya məndən gəldi, dedim çəkək. Hər dəfə ona videoçarxda “Niqulya xanım” deyə müraciət edirəm. Çox bəyənildi, başladılar mənə Niqulya deməyə. Atam-anam qoyan ad qalıb kənarda, Tamara deyirlər, Niqulya deyirlər. Tamara məni haralara aparmadı. “O qara qıza zəng elə”, sonra “Çini çaydan” mahnılarım trend oldu.
- “Tamara”nı özbəklərdən götürüb özəlləşdirmisiniz. Müəllif hüquqları davasına düşmədiniz?
- Yox. “Tamara”nın melodiyasını eşitmişdim, özüm ona söz yazdım, Sabirabadda məclisdə oxudum. Məndə mahnıya bədahətən söz qoşmaq, xiridarlıq var. Bu qabiliyyət hər müğənnidə olmasa da, peşəkarlarda var. Hansısa mahnını “oxu” deyirlər, sözləri bilmirəm, bayatılar qoşub oxuyuram, “bilmirəm” demirəm. “Tamara”ya görə, etmədiyim toylara, ölkələrə, məclislərə getdim, pullar qazandı. Özbək mahnılarını məndən əvvəl də oxuyanlar olub. Həmişə onlar bizdən oxuyublar, indi biz onlardan.
- Xəbəriniz varsa, indi sosial şəbəkələrdə Həmail adlı bir xanım sizi parodiya edir, mahnılarınızla məclislərə gedir?
- Xəbərim var, o müğənni deyil, blogerdir, dostumuzdur. Bir məclisə çağırmışdı, gedə bilmədim. O da mənim kimi geyinib, fonoqramımı qoyub mənim yerimə oxumağa başlayıb. İndi o da olub Kəmalə Günəşli (gülür).
- İzləyicilərinizə çox maraqlıdır, sizin sponsorunuz var?
Azərbaycanda yeganə müğənniyəm ki, öz hesabıma irəli getmişəm. Nə “həcim” var, nə sponsorum. Hansısa həci mənə maşın almayıb, yaxın günlərdə doğum günüm oldu, özümə bir ev, bir də avtomobil hədiyyə etdim.
- Ailəlisiniz?
- Bəli. Həyat yoldaşım da musiqiçidir. İkinci dəfə ailə qurmuşam. Gözəl ailəm var. Məni anlayır.
- Toylara gedir sizinlə?
- Çox zaman hər yerə Niqulya ilə gedirəm.
- Övladlarınız var?
- Bəli var. Əsgər anasıyam. Bir də qızım var.
- Toya neçəyə gedirsiz? Hamı üçün əlçatansınız bu mənada?
- Kasıb-kusubu nəzərə alan müğənniyəm. Toy qiyməti demirəm. Dağına baxıb qar yağdırıram. Ürəyi məni istəyir, dediyim qonorara gücü yetmirsə, deyirəm bu qədər məbləğə 15 dəqiqəlik gəlib oxuya bilərəm. İstəmirəm qəlbi qırılsın.
- Yarım saatlıq toy oxumaq daha çox sərf edir müğənnilərə. Bir gündə ən çox neçə toya getmisiniz?
- Bakıda olub ki, bir günə ayrı-ayrı 7 məclisə getmişəm. Hamısını da razı salmışam.
- Bəs aldığınız qonorardan əlavə əlinizə verilən o şabaşlar nə qədər olur təxminən?
- Elə olub ki, 2-3 min manat olub. Məsələn dünənki məclisdə əlimdə 1500 manat var idi.
- Rayon toylarının da gündə ikisinə gedə bilirsiniz?
- Rayonda günorta başlayan “palatka” toyundan çıxıb axşam saat 6-da başqa bir rayonda başlayan toya gedib çatmışam. Düzünü desəm son zamanlar yarım saatlıq məclislərim çoxalıb deyə daha “palatka” toyları götürmürəm.
- Bəyənmirsiniz daha “palatka” toylarını?
- “Palatka” toyu yorucudur, ağırdır, nəfəs istəyir, baqaj istəyir, savad istəyir. Sona qədər canlı oxumalısan. Fonoqramı o vaxt oxuyarsan ki, yanında ansamblın yoxdur və ya sifariş edilən musiqini canlı oxusan əvvəlki effekti verməyəcək. Tutaq ki, “Buleyli” mahnısını niyə fonoqram oxuyum? Bu gün mənə tələbat çoxdur. Heç kimdən zəif deyiləm. “Nömrə birəm” deməzdim, amma sevilən müğənniyəm, yetərincə kütləm var, maşından düşəndə hamı üstümə qaçır şəkil çəkdirməyə.
- “Çini çaydan” mahnısında “yarım yar olsa günü neylər mənə?” cümləsi var. Toy günü kişinin ikinci arvad alacağına dair subminal mesajdı bu?
- Mən bildim ki, bu sözlər qalmaqal yaradacaq. Qalmaqalla sevildi. Ən çox kişilər sevdi. Xanımlar qısqanclıqla qarşıladı, amma kişilərə ləzzət elədi. Yarı belə, yarı elə axır ki, sevilməyi bacardım.
- Ən bahalı mahnıya nə qədər pul vermisiniz?
- 2-3 min, eləsi olub 7 minə başa gəlib.
- Yox. Oxuyurlar. “O qara qıza zəng elə”ni ilk dəfə Habil Əzimov oxuyub, amma mənim ifamda sevildi. Bu ona pis təsir etsə də, acı həqiqət budur, onda sevmədilər. “Çini çaydan” isə Əflatun Qubadovundur. Moskva, Çita, Gürcüstan, Özbəkistanı gəzmişəm bu mahnı ilə.
- Çita dünyanın o başıdır. Ora toya neçəyə getmişdiz?
- Elə baha deyildi. 8 min dollara getmişdim. 10 saat təyyarədə yol getdik.
- Yolunuza daş qoyan olub?
- Tik Tok, Yotube səhifələrimi şikayət edib bağlatdılar. Amma heç kimin gücü çatmadı. Mən sağlam rəqabət aparmışam. Bir xanım var. İstəyir qalmaqal yaratsın. Adını çəksəm, reklam olar. Onu öz trend-brend mahnılarımla məhv eləmişəm.
- Toylar kraliçası kimdir?
- Elə özüm. Elə burdan çıxıb toya gedəcəm.
- Plastik əməliyyat etdirmisiniz?
- Bədən şəkilləndirmə etmişəm. Üzümdə cərrahiyyə əməliyyatı olmayıb. Estetik prosedurlar olub.
- Toylarda qadınlar sizi ərlərinə qısqanıb heç?
- O qədər. Demək olar hər məclisdə bunu yaşayıram. Bir dəfə kişi əlimə 100 manat verdi, arvadı gəlib qolundan tutub dartıb apardı. Dedim, ay xanım, öz ərim var sənin ərin nəyimə lazımdır, sənin yoldaşını qoluma salıb aparası deyiləm. Ata oğlunun toyunda pul səpər də. Son zamanlar qısqananlara heç nə demirəm.
- Bəs kişi fantlarınızla münasibətləriniz necə formalaşıb. İçki məclislərində istər-istəməz xoşagəlməz məqamlar yaşanır.
- O qədər başlarda mikrofon sındırmışam. Kimsə ilişirdi, on qat cavabını verirdim. Stol üstündə çaynik-çaydan qalmırdı, vurub dağıdırdım.
Elə “Çini çaydan” belə yarandı da (gülür). Sonra dedim, bu qədər dava eləsəm, axırı nə olacaq. Xarakterimi dəyişdim. Mühafizəçim yoxdur. Sadəcə toy sahibinə deyirəm ki, qonaq məni incidir.
- Bir ara "kabinet müğənnisi" ifadəsi qalmaqal yaratdı. Kabinetlərdə də oxuyursunuz?
- Əlbəttə. Biz müğənniyik, hara getsək işimizin adı oxumaqdır. Burda ayıb nəsə yoxdur. Naxçıvanda 3 gün gecə toy olub oxumuşam. Getməyək? Kimsə buna ayrı rəng verir, başqa şey düşünürsə öz düşüncəsi kirlidir.
- Sənətinizlə bağlı bundan sonrakı arzunuz nədir?
- Zirvəyə çatmışam. Bəsimdir, bundan o yanası Allaha qalıb.
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Son Xəbərlər
Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik
“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin
İran Ermənistana qarşı hərəkətə keçdi
İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.
Naxçıvanda ölən tələbələrin FOTOSU
Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan
Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi
Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox
Danimarka ABŞ-ı dayandıra bilmədi
Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək
ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR
ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək
İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il
Azərbaycanda iki tələbə dəm qazından öldü
Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)