İnsanlar tənqid yazırlar, bəziləri sevinir, heç kim... - Çimnazın qonşusu

Şou-biznes 19:50, 16 yanvar 2025, 27
İnsanlar tənqid yazırlar, bəziləri sevinir, heç kim... - Çimnazın qonşusu

“Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq. Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O 14, biz isə 16-cı mərtəbədə qalırdıq. Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək. Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı”.

”Bakuinfo” xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında bu gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib.

Çimnaz Sultanova harada dəfn olacaq? - <span style=color:red>Yaxınları danışdı - FOTO

O daha sonra əlavə edib: “Bilirsiniz ki, mən “Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı. Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq. Elə bildi ki, eyni televiziyada olacağıq, sevinmişdi ki, birlikdə gedək. Tək yaşayırdı. Hətta bir dəfə səsini eşitdim. Sən demə, maşını saxlayıb ki, marketə gedib çörək alsın, maşınını evakuator aparmışdı. Gördüm ki, əsəbləşib. 7-8 il qonşu olmuşuq. Sonra eşitdik ki, yarım il olar ki, bağa köçüb. Bir dəfə də plastik əməliyyatdan gəlirdi. Gözünə, üzünə əl gəzdirmişdi. Sifəti şiş idi. Səhhətini soruşdum, dedi ki, yaxşı olacaq, müvəqqəti belədir. “Vicdan haqqı” serialında Larisa obrazını o qədər inandırıcı oynamışdı ki, ona Çimnaz yox, Larisa deyirdim. Hətta deyirdi ki, elə qısaca Lara de. Xəstəliyinə inanmaq olmur. Çox güclü, dözümlü xanım idi. Onu həmişə sağlam bilirdim. İnsanlar sosial şəbəkədə tənqid yazırlar. Bəziləri sevinir. Bir insanın ölümünə necə sevinmək olar? Günahdır. Yazıqdır. Allah rəhmət etsin. Bu gün də 43 yaşı tamam olurdu. Özünəməxsus rolların ifaçısı idi. Şou proqramlarda iştirak edirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimdə işi yox idi”.

Aktrisa Sonaxanım Əliyeva isə sayta açıqlamasında bildirib ki, Çimnaz Sultanovanın xəstəliyindən xəbərsiz olub: “Bir neçə ay bundan əvvəl danışmışdıq. Başımız işlərimizə qarışmışdı. Hamımızın qayğıları var idi. Novxanıda özünə yeni bağ tikdirmişdi. Sevinirdim ki, hər şey yaxşıdır. Xəstəliyini bizdən gizlədib. Heç bir dəfə də olsun deməyib ki, filan yerim ağrıyır. Ata-anası, bacısı, bacısı uşaqları var idi. Öz oğlu xaricdə təhsil alırdı, orada yaşayırdı. Yoldaşının yanına göndərmişdi oğlunu. Heç bilmirəm oğlu gəlib burdadır yoxsa yox? Hələ də şokdayam, Çimnazın ölümünə inanmıram”.

Çimnaz Sultanova harada dəfn olacaq? - <span style=color:red>Yaxınları danışdı - FOTO

Mərhum aktrisanın sənət dostu, rejissor Nail Naiboğlu saytımıza açıqlamasında bildirib ki, Çimnaz Sultanova sabah Əmircan kəndindəki evindən götürüləcək: “Bu gün rəhmətə gedib, sabah da dəfndir. Əmircan kəndində dəfn olunacaq”


  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Sabah lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın

19:20, 14 yanvar Sosial

Son Xəbərlər

Paşinyan: Azərbaycan sayəsində onları darmadağın edirik

“Dekabrın 25-dən indiyədək Ermənistan vətəndaşlarının cibində onlarla milyard dram qalıb”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycandan benzin və dizel idxalı məsələsindən danışarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan Azərbaycandan yanacaq tədarük etməklə, nəqliyyat xərclərində qənaət edə bilir: “Dəqiq hesablamamışam, indi söyləyə bilərlər ki, onlarla milyard deyil, 9 milyard 876 milyondur, amma bu, məsələnin

02:10, 15 yanvar Dünya

İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

01:03, 15 yanvar Dünya

Naxçıvanda ölən tələbələrin FOTOSU

Xəbər verdiyimiz kimi, Naxçıvanda Ahmet və Buşra adlı türkiyəli tələbələr dəm qazından zəhərlənərək ölüblər. "Bakuinfo" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

00:27, 15 yanvar Sosial

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir. "Bakuinfo" xəbər verir ki, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir. Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan

00:26, 15 yanvar Sosial

Azərbaycan benzini Ermənistan bazarını alt-üst etdi

Son günlərdə Ermənistanda benzinin qiyməti xeyli aşağı düşüb. "Bakuinfo" xəbər verir ki, "Sputnik Armenia" ölkədə fəaliyyət göstərən demək olar ki, bütün əsas yanacaqdoldurma məntəqələri arasında hansı müəssisələrin benzinin qiymətlərini aşağı saldığını və hansı səbəblərdən endirdiyini müəyyən etmək üçün sorğu keçirib. Sürücülər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Azərbaycandan idxal edilən benzini göstərirlər. Lakin ölkədə fəaliyyət göstərən bir çox

00:17, 15 yanvar Siyasət

Danimarka ABŞ-ı dayandıra bilmədi

Danimarka ABŞ-ı Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina etməyə razı sala bilməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Danimarka və ABŞ Qrenlandiya ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər. “Biz irəliyə doğru ümumi yolun tapılması imkanlarını araşdırmaq üçün yüksək

00:15, 15 yanvar Dünya

ABŞ vizaları BAĞLAYIR, Azərbaycan isə YENİ QAPILAR AÇIR

ABŞ miqrant vizaları ilə bağlı sərt qərar qəbul etdiyi bir vaxtda, Azərbaycan viza siyasətində fərqli istiqamət seçir. Rəsmi Vaşinqton onlarla ölkə üçün viza prosesini dayandırarkən, Bakı yeni dövlətlərlə vizasız gediş-gəlişlə bağlı razılaşmalar imzalayır. "Bakuinfo" xəbər verir ki, ABŞ Dövlət Departamenti “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində 75 ölkənin vətəndaşları üçün miqrant vizalarının verilməsini dayandırır. Qərarın 21 yanvardan qüvvəyə minəcəyi bildirilir.

23:55, 14 yanvar Siyasət

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Tramp düyməyə basdı – Azərbaycan da bundan təsirlənəcək

İranda baş verən son hadisələr və iqtisadi gərginlik region ölkələri, o cümlədən Azərbaycan üçün mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Paytaxt bazarları və topdansatış mərkəzlərində bu ölkədən idxal olunan məhsulların qiymətləri diqqətlə izlənilir. İrandan Azərbaycana hansı məhsullar gətirilir? Qonşu ölkədəki etirazlar idxal və ixrac məsələlərinə necə təsir edəcək? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il

23:12, 14 yanvar Siyasət

Azərbaycanda iki tələbə dəm qazından öldü

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb. "Bakuinfo"xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb. Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

22:43, 14 yanvar Hadisə

Powered by MirTech