Əməkdar artist yeni işə başlayıb
Əməkdar artist Elton Hüseynəliyev yeni fəaliyyətə başlayıb. "Bakuinfo" xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, musiqi müəllimi kimi işə başlayıb: "Müəllim kimi çalışıram. Asəf Zeynallı adına Musiqi Məktəbində dərs deyirəm. Bu, hər insanın qisməti olmur. Gərək sənətin haqqını verəsən". (Axşam.az)
Tacir Şahmalıoğlu duet ortağından danışdı
Müğənni Tacir Şahmalıoğlu uzun müddətdir Azərbaycandan köçən duet ortağı Fədayə Laçından danışıb. "Bakuinfo" xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan T.Şahmalıoğlu ifaçının artıq Azərbaycana qayıtmaq istəmədiyini deyib. "Fədayə kareyrasını Rusiyada qurub. Orada çalışır, toylara gedir. Deyir ki, niyə gəlim? Bakıda bir anam qalıb. Lazım gələndə pul göndərirəm. Oğlu yanındadır. Fədayə dağlar qızıdır, tərəf müqabilimdir. Münasibətimiz yaxşıdır" deyə, müğənni
İbrahim Tatlıses yenidən diqqət mərkəzində
Türkiyəli məşhur müğənni, “İmperator” ləqəbli İbrahim Tatlıses bu dəfə sərvəti ilə diqqət çəkib. “Bakuinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, İ. Tatlısesin Türkiyənin müxtəlif bölgələrinə yayılmış mülkləri, hotelləri, restoran zəncirləri və media yatırımları onun biznes dünyasında da söz sahibi olduğunu göstərir. Məlumata görə, Seyrantəpədə kabab salonu, TV binası, “Tatlıses Şirkətlər Qrupu” ofisi və geyim markasına aid atelyesi, Sarıyerdə villa, Bodrumda
Tanınmış teleaparıcı məhkəməlik oldu
Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib. "Bakuinfo" "Teleqraf"a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb. Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən "Bizimləsən" verilişində adı çəkilən Nərman Rəhimov olub. Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş
Hüseyn Həsənov niyə "görünmür"?
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddətdir sosial şəbəkədən uzaqlaşıb. "Bakuinfo" xəbər verir ki, bloger 2 aya yaxındır ki, heç bir hekayə və post yayımlamır. Eyni zamanda teleqram kanallında da paylaşımlarına son qoyub. İzləyiciləri isə onun köhnə postları altında harada olması ilə bağlı suallar ünvanlayıb. Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin
Nadir Qafarzadə: "Bizim yalnız dostluğumuz, sənət münasibətimiz olub"
Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqala son qoyub. "Bakuinfo" xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini deyib: "İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən? Çıxdı efirdə dedi ki, dəvətnamə almışam və uşağımın məktəbinə görə gəlmədim. Qızı Selenanın
Azərbaycanlı müğənni bu ölkədən uzunmüddətli deport olunub
Müğənni Elvin Babazadə 20 il müddətinə Rusiyadan deport olunub. "Bakuinfo" xəbər verir ki, bunu aparıcı, prodüser Tarix Əliyev deyib. "Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deport olunub. Onun yolu hələ təzə açılmışdı, pul qazanırdı. Necə sevinə bilərsiniz ki, o deport olunub? Allah heç bir müğənniyə belə bir şey qismət eləməsin. Hətta danışmadıqlarıma da bunu arzulamıram. Hamı çörək pulu üçün ora gedir. Maraqlısı da budur ki, keçərli heç bir səbəb də yoxdur, sadəcə
Əməkdar artistin oğlu ilə zarafatı hər kəsi güldürdü - FOTO
Əməkdar artist Rafael İsgəndərovun oğlu aktyor Fuad İsgəndərov çəkdiyi növbəti video ilə izləyicilərini güldürməyi bacarıb. "Bakuinfo" xəbər verir ki, o, "atalar yemək yeyəndə" başlığı ilə paylaşdığı videoda səs-küylə yemək yeyən Azərbaycan kişisinin obrazını yaradıb. Onun bu videosunu atası R.İsgəndərov cavabsız qoymayıb. "Sonra da desinlər ki, bunun atası evdə belə yemək yeyir", - deyə aktyor yazıb. Onun bu şərhi qısa zamanda 3600 bəyənmə toplayıb. (Ölkə.Az)
61 yaşlı Monika Belluççinin 40 il ərzindəki dəyişikliyi - Fotolar
İtaliyanın dünyaca məşhur aktrisası və model Monika Belluççi bu gün, sentyabrın 30-da 61 yaşını qeyd edib. "Bakuinfo" xəbər verir ki, o, illər keçsə də, həm gözəlliyi, həm zərifliyi, həm də kino sənətinə verdiyi töhfələrlə dünyanın ən tanınmış qadın simalarından biri olaraq qalır. Modeldən kino ulduzuna Belluççi 1980-ci illərdə modellik karyerasına başlayıb. Onun klassik gözəlliyi və fərqli cazibəsi qısa zamanda həm İtaliyada, həm də beynəlxalq səviyyədə diqqət çəkib. O, bir çox
Ağadadaş Ağayev: "O, mənim oğlum deyil, ona halallıq vermirəm"
"Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ideal ata olmuşam. Kimsə bunu dana bilməz. İş də düzəltmişəm. Gecə toylarından açarlarını vermişəm ki, gedin evinizə. Heç bilməyiblər evləri var. Əslində bir ata övladına bu qədər doğru addım atırsa, maddi imkanlarını səfərbər edirsə, zərərli tərəfləri çoxdur. Oğul övladı özü ayaq üstə olmalıdır". "Bakuinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib.