Şou-biznes

Müğənni Bahar Lətifqızı ilə bağlı ÜZÜCÜ XƏBƏR

Müğənni Bahar Lətifqızı təcili əməliyyat olunub. Bu barədə sənətçi özü məlumat verib. Bir müddət öncə ümumi yoxlama üçün xəstəxanaya üz tutan ifaçı təhlükə ilə üz üzə qaldığı üçün əməliyyat masasına yatırılıb. Buna səbəb isə Baharın ödünün qara ciyərinə yapışması və dağılma təhlükəsinin olduğu bilidirilib. Müğənni hazırda özünü yaxşı hiss edir və sənət fəaliyyətinə davam edir.

15:18, 07 oktyabr Şou-biznes

Azərbaycanlı aparıcı ilk dəfə ailəsinin fotosunu paylaşdı

Teleaparıcı Zamirə Dadaşova ilk dəfə ailəsi ilə fotosunu yayıb. "Bakuinfo" xəbər verir ki, sözügedən görüntüdə aparıcı, həyat yoldaşı və övladları yer alıb. Dadaşova paylaşımının qeyd yerinə "Ailə çox dəyərlidir. Ailələri qorumaq, övladlarla sevgini paylaşmaq lazımdır. Mənim varım, dövlətim iki oğlumdur" sözlərini yazıb. (Milli.az)

09:45, 07 oktyabr Şou-biznes

Zülfiyyə Məmmədova nişanlandı - FOTO

Bakı Bələdiyyə teatrının aktrisası Zülfiyyə Məmmədova nişanlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb. Üzüyünün fotosunu sosial şəbəkə hesabında paylaşan sənətçi "Həyatımın yeni səhifəsi" şərhini yazıb.

09:30, 07 oktyabr Şou-biznes

Zülfiyyə Qurbanova: "Bacımın qoyub getdiyi balalarına baxıram"

"Həyatla mübarizəm hər zaman davam edəcək. Bacımın mənə qoyub getdiyi balalarına baxıram. Onlara lazım gələcək xala, lazım gələcək ana kimi son nəfəsimə qədər arxa-dayaq olacağam. Onlarla həyat mübarizəmi davam etdirəcəyəm. Sizinlə mənim heç bir mübarizəm yoxdur. Çünki siz mənə rəqib deyilsiniz. Peşəkar aktrisayam və başımı aşağı salıb işimi görürəm. Siz hər şeydən kasadsınızsa, mübarizə apara bilmirsinizsə, rəqabəti başqa tərəfdə axtarırsınız, bu, mənim problemim deyil".

13:44, 06 oktyabr Şou-biznes

Röyanın keçmiş əri bu müğənni ilə evlənir

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilov növbəti dəfə ailə həyatı qurmağa hazırlaşır. "Bakuinfo" xəbər verir ki, Anar Cəlilov bu barədə "TikTok"da canlı yayım zamanı danışıb. O, müğənni Nərmin Ahmet ilə nikah masasına oturacağını bildirib. İfaçı toyun dekabrın sonlarında keçiriləcəyini deyib: "Dekabrda evlənirik, ayın 31-i xaricə gedəcəyik. İndidən hazırlaşın". Müğənni həmçinin Anar Cəlilovla birlikdə oxuduqları yeni duetdən bir

12:51, 06 oktyabr Şou-biznes

Mənzurə Musayeva toydan qovulub

"Əgər kişi məclisi də olsa, mənim ifalarımı sevib dəvət edirlərsə niyədə getməyim? Pul hardadır, ora da gedirəm. Bu ayıb deyil". "Bakuinfo" AZXEBER.COM-a istinadla xəbər verir ki, bunu müğənni Mənzurə Musayeva "Tarixin bir günü" verilişində qonaq olan zaman deyib. Sənətçi, bir həmkarının toyda oxumaqdan imtina etdiyi üçün qovulduğunu iddia edib: "Bir gün Qubada toyda qonaq idim. Kişi toyu ayrı, qadın toyu ayrı idi, amma eyni məkanda idi. Məndən xahiş etdiər

12:31, 06 oktyabr Şou-biznes

Rövşanə Ağasəfqızından qalmaqallı açıqlama: "Sən, əxlaqsızsan, 50 yaşında ərə gedirsən..."

Aparıcı Rövşanə Ağasəfqızı açıqlaması ilə diqqət çəkib. "Bakuinfo" xəbər verir ki, o, şəxsi həyatını hər kəsdən sirr kimi saxladığını bildirirb. "Sən, əxlaqsızsan, 50 yaşında ərə gedirsən. Bu, nə deməkdir? Nə düşüncədir? Məni indi bəlkə qınayacaqlar, inanın ki, bu şəxslər də həmin "çətirlər"dən istifadə edəcəklər. Şəxsi həyatıma müdaxilələr etməyə imkan vermirəm. Özəl həyatımla bağlı gündəmdə yoxam. Bu, mənim özəlimdir, məlhəmimdir. Yaşantılar, sevgim də mənə aiddir.

14:20, 04 oktyabr Şou-biznes

Mehin Hümbətova 130 minlik lüks avtomobili necə aldığını açıqladı

Müğənni və aparıcı Məhin Hümbətova efirlərin birində qonaq olub. "Bakuinfo" xəbər verir ki, sənətçi aparıcının qazancı barədə suallarını cavablayıb. Məlum olub ki, ifaçı özünə 130 minlik lüks avtomobili restoran bizneslərindən əldə etdiyi gəlirlə alıb. Məhin 3 illik restoran biznesi məşğul olduğunu bildirib və yaxın aylarda toyunun da baş tutacağını etiraf edib.(milli.az)

12:26, 04 oktyabr Şou-biznes

Aşıq Zülfiyyə 1 milyonluq borca düşüb - özü açıqladı

Aşıq Zülfiyyə Bayramova açıqlaması ilə diqqət çəkib. "Bakuinfo" xəbər verir ki, sənətçi borca düşdüyünü və buna görə bahalı avtomobilini satdığını etiraf edib. Bunun səbəbi isə onun yeni restoran biznesinə başlamaq istəməsi olub. Məlum olub ki, aşığın ortağı ilə başladığı işə 1 milyon vəsait tələb olunub. O, təkcə "Lexus" markalı maşınını deyil, həm də bankdan kredit götürdüyünü bildirib. (Milli.Az)

09:30, 03 oktyabr Şou-biznes

Rəqqasə Fatimə: "Artıq rəqs etməyəcəm"

"Bu yaxınlarda oğlum Hüseynlə xoşuma gəlməyən hadisə yaşandı. Elvin Babazadənin (müğənni -red.) ad günündə o oxuyurdu, mən də rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı. O paylaşıma bir şərhlər yazıldı ki... Bu şərhlər övladlarıma pis təsir edir". "Bakuinfo" xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" proqramında deyib. O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseynlə dalaşıb: "Oğlumun

09:15, 03 oktyabr Şou-biznes

Powered by MirTech