Həbsdə olan sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa buraxıldı
Ötən il külli miqdarda rüşvət ittihamı ilə 4 illik həbsə məhkum edilmiş "N" saylı hərbi-hissənin sabiq qərargah rəisi Vüsal Əliyev azadlığa buraxılıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadla xəbər verir ki, yerli məhkəmə belə qərar qəbul edib. Məhkum kapitanın cəza müddətinin yarıdan çoxunu çəkməsi və cəzaçəkmə müəssisəsinin müsbət rəyi nəzərə alınıb. Yeni qərarla Vüsal Əliyevin qalan 1 il 6 aylıq cəzası şərti hesab edilib. O, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl
Mehdiyevin həbsi ilə bu qüvvələr hərəkətə keçdi
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz əldə edilən sərvətin leqallaşdırılması ittihamları ilə 4 aylıq ev həbsi seçilməsinin dərhal ardından xaricdə Azərbaycana qarşı qeyri-etik çərçivədə təbliğat aparan və “söyüş blogerləri” qeyri-adi dərəcədə aktivləşiblər. "Bakuinfo" Bakupost.az-a istinadən xəbər verir ki, R.Mehdiyevin həbsi ilə dərhal hərəkətə keçən sözügedən blogerlər
Baş Prokurorluqdan açıqlama: Babayev tutulub Bakıya gətirilir
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. Bu barədə "Bakuinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr
Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı
"Bakuinfo" sabiq baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsini təqdim edir: - Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu? - Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə
Ramiz Mehdiyevin adı SİLİNDİ - FOTO
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarılıb. Modern.az-ın məlumatına görə, Təhlükəsizlik Şurasının saytında üzvlərin adları olan bölmə ləğv edilib. Qeyd edək ki, ötən həftəsonu ölkə mətbuatı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb. Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
Muxtar Babayev ona yüksək vəzifə verdi - Foto
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb. O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndələyinin böyük məsləhətçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, 2013-cü ildən nazirlikdə işləyən Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı. Xatırladaq ki, Azərbaycan Respublikası
Tanınmış hakim Fərman Abbasov işdən çıxarılacaq
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov vəzifəsindən azad ediləcək. "Bakuinfo" xəbər verir ki, məsələ Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcək. İclas oktyabrın 24-ü baş tutacaq. Qeyd edək ki, Fərman Abbasov daha əvvəl Babək məhkəməsində çalışıb. (Modern.az)
Azərbaycan səhiyyəsinə ağır itki - Foto
Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat edib "Bakuinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri, böyük həkim və ziyalı Cəbrayıl Əlinağıyev dünən dünyasını dəyişib. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılıb.
Bu qurum hər ay Ramiz Mehdiyevə 2000 manat verir
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. "Bakuinfo" xəbər verir ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiq üzvü kimi hər ay işə getmədən 2000 manat maaş alır. Belə ki, AMEA-nın həqiqi üzvü seçilən şəxslərə ayda 2000 manat, müxbir üzvü seçilən şəxslərə isə ayda 1300 manat maaş verilir. (Manşet.az)
Ermənilər bu dəfə də Mingəçeviri hədəf aldı
Ermənistan KİV və institutları Qarabağdan sonra indi də Azərbaycanın digər bölgələrini hədəf almağa başlayıblar. Ötən gün “Monument Armenia” Mingəçevir şəhəri ilə bağlı absurd məqalə yayımlayıb. "Bakuinfo" Globalinfo.az-a istinadla xəbər verir ki, məqalədə qeyd olunur ki, Mingəçevir ərazisi antik dövrdə mövcud olmuş guya erməni Utik krallığının və Qafqaz Albaniyasının tərkibində olub. Qafqaza son əsrlərdə gələn ermənilərin özlərinin Mingəçevirin ilk sakinləri olduğunu iddia etməsi