Dünya

ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA

Ağ Ev Prezident Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən dövlət və hökumət başçılarının siyahısını açıqlayıb. "Bakuinfo" Globalinfo.az -a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb. Namizədliyi dəstəkləyənlər arasında: Prezident İlham Əliyev — Azərbaycan Baş nazir Nikol Paşinyan — Ermənistan Baş nazir Hun Mane — Kamboca Prezident Brice Oliqui Nguema — Qabon Baş nazir Benyamin Netanyahu — İsrail Pakistan hökuməti Xarici

10:41, 13 avqust Dünya

Köçəryanın planı açıqlandı: Müharibə istəyir

“Ermənistanın sabiq prezidenti Robert Köçəryan Azərbaycanla sülh sazişinin imzalanmasına qarşıdır”. "Bakuinfo" Teleqraf-a istiadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib. “Heç kim buna şübhə etməsin: Köçəryanın qrupu (“Ermənistan”) sülh müqaviləsinin əleyhinədir. Ermənistanı xarabalığa çevirən qrupa ölkəni periferik əyalətə çevirmək üçün müharibə lazım idi. Ermənistanı sıxışdırıb talayan qrupa onilliklərin talanını

17:22, 12 avqust Dünya

Rusiyanın PUA zərbəsi: Azərbaycan şok cavab hazırlayır – Hədəf bilindi

Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturlarına ardıcıl zərbələr endirməsi narahatlıqla qarşılanır. Caliber.az-ın mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, Azərbaycan öz arsenalındakı silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirəcək. İki ölkə arasında davam edən gərginlik onunda Bakının artıq Moskvanın hərəkətlərinə daha ciddi reaksiyalar verəcəyi bildirilir.

13:10, 12 avqust Dünya

Paşinyan Qazaxıstana səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfər edəcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı zamanı bildirilib. Tokayev Nikol Paşinyanın Qazaxıstana bu ilin sonunda baş tutacaq rəsmi səfəri üçün Astanada hazırlıqlara başlanıldığını açıqlayıb.

13:00, 12 avqust Dünya

Türkiyədə DƏHŞƏT: Çanaqqala boğazı, hava limanı bağlandı

Türkiyə meşə yanğınları səbəbindən Çanaqqala boğazını gəmilərin keçidi üçün müvəqqəti olaraq bağlayıb. "Bakuinfo" xəbər verir ki, yanğınlar bəzi sakinlərin təxliyə olunduğu Çanaqqala şəhəri yaxınlığında genişlənir. Yerli hava limanı da müvəqqəti olaraq bağlanıb. Yanğınsöndürənlər yanğına xüsusi təyyarə və helikopterlərdən istifadə ilə müdaxilə edirlər.

13:46, 10 avqust Dünya

İranda atışma: 4 nəfər öldü

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb. “Bakuinfo” bu barədə yerli KİV-ə istinadən xəbər verir. Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər. Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb. Hadisənin təfərrüatları araşdırılır.

13:09, 10 avqust Dünya

Gəzinti marşrutları isti hava səbəbindən LƏVĞ EDİLDİ

İsraildə bu həftə gözlənilən qızmar istilər səbəbindən məşhur gəzinti marşrutları ləğv edilib. "Bakuinfo" "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə İsrail Polisi məlumat yayıb. Bildirilib ki, proqnozlaşdırılan yüksək istilərə görə bir sıra gəzinti marşrutları ən azı çərşənbə axşamına qədər bağlı qalacaq. Sözügedən marşrutlara Kelt vadisi, Yəhudi səhrası və İordaniya vadisi daxildir. Qeyd edək ki, Ölü dəniz ətrafında bu həftənin sonunda temperaturun 47 dərəcəyə

13:03, 10 avqust Dünya

MMA Federasiyasının prezidenti bıçaqlanaraq öldürüldü

Rusiyanın Altay diyarının MMA Federasiyasının prezidenti Aleksey Kalbukov Tyunqur kəndində fərdi evdə keçirilən toy mərasimi zamanı qətlə yetirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə “thevoicemag.ru” saytı məlumat yayıb. Məclis zamanı Kalbukov 74 yaşlı kişi ilə münaqişə edib. Təqaüdçü ayağa qalxaraq funksionerin sinəsindən bıçaq zərbəsi endirib. Kalbukov hadisə yerində ölüb. Qatil polis tərəfindən saxlanılıb. Aleksey Kalbukov bu gün dəfn edilib.

22:13, 09 avqust Dünya

Xalq artisti VƏFAT ETDİ - FOTO

Rusiyanın Xalq artisti İvan Krasko 94 yaşında vəfat edib. "Bakuinfo" xəbər verir ki bu barədə “TASS” məlumat yayıb. Aktyorun konsert direktoru Vyaçeslav Smoro bildirib ki, Krasko bir həftə əvvəl ağır vəziyyətdə Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

14:29, 09 avqust Dünya

SON DƏQİQƏ! Dəhşətli təyyarə qəzası - Xeyli sayda ÖLƏN VAR

Keniyanın paytaxtı Nayrobidə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. “Bakuinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər ölüb. Məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.

20:55, 07 avqust Dünya

Powered by MirTech