Kəmalə Günəşli həbs edilir? – Hüquqşünas açıqladı
Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy zamanı müğənni Kəmalə Günəşli ilə məclis sahibi arasında insident baş verib. İddialara görə, oğluna sünnət toyu təşkil edən Vəfa Mikayılova 4 saatlıq çıxış üçün razılaşdırılmış 4 min manatı sənətçiyə ödəməkdən imtina edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. İddia edilir ki, mübahisə zamanı Kəmalə Günəşli masadakı içki bakalını götürərək məclis sahibinə atıb, nəticədə bakal oradakı qohumlardan birinin üzünə dəyərək
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. "Bakuinfo" xəbər verir ki, DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin,
Mən jurnalistəm, narkotik istifadəçisi deyiləm...
Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir. ”Bakuinfo” Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə şahidlər ifadə verir. Şahid qismində ifadə verən polislər təqsirləndirilən şəxsin əsassız tutulması və başqa iddialarını təkzib ediblər: “Bizə daxil olmuş məlumat əsasında İlhamə Elşadqızının mənzilində əməliyyat
“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”
Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızı var. Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində
Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş - Foto
İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmiş. “Bakuinfo” Unikal-a istindən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ramal Vəliyev PTX-də baş çavuş rütbəsini daşıyıb. O, qəza zamanı sükan arxasında olub. Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumat dakı ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.
Gədəbəydə başına kisə keçirilən QADIN ÖLDÜ - Cinayətin üstü açıldı
Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb. Belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci
Lerikdə 35 yaşlı kişinin qətlə yetirildi - TƏFƏRRÜAT
Lerik rayonunda Vətən müharibəsi veteranının odlu silahla törətdiyi qətl hadisəsinin təfərrüatı məlum olub. "Bakuinfo"nun oxu.az-a istinadən məlumatına görə, hadisə namus üstündə baş verib. Məlumata görə, qətlə yetirilən Şahin Şərifov bir müddət öncə Elşən Ağayevin həyat yoldaşına söz atıb və onunla sevgili olmaq istəyib. E.Ağayevin həyat yoldaşından rədd cavabı alan Ş.Şərifov qadın haqqında şaiyələr yayıb. Məsələdən xəbər tutan E.Ağayev iyunun 1-də evində saxladığı "Makar"
Naxçıvanda AİLƏ FACİƏSİ: oğul anasını öldürdü
Naxçıvan Muxtar Respublikası Babək rayonunda qətl törədilib. “Bakuinfo” Naxçıvan MR Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyunun 4-ü saat 20 radələrində Babək rayon Şəkərabad kəndində baş verib. Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı
Azərbaycanda FACİƏ: 17 yaşlı oğlan anasını öldürdü
Abşeronda dəhşətli cinayət törədilib. "Bakuinfo" lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub. ”Bakuinfo” xəbər verir ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib. O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə