Azərbaycanda polkovnik rüşvətə görə HƏBS EDİLDİ - MƏHKƏMƏ İŞİ
İki ay əvvəl rüşvətalma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib. R.İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin
Tofiq Yaqubluya 10 il həbs cəzası tələbi
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla onlar külli miqdarda dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinməli, Tofiq
Ceyhun Cəfərov azadlığa çıxdı
Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirən eks-icra başçısı artıq azaddır. Bir ay əvvəl də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb. C. Cəfərov və T. Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.
Bakıda hoteldə DƏHŞƏT: Keçmiş arvadını çağırıb GÜLLƏLƏDİ
2024-cü il yanvarın 16-da Bakının Səbail rayonunda yerləşən hotellərdən birində güllələnmə hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Salyan yolunun 14-cü km-də yerləşən "Sahil" hotelinin 609 nömrəli otağında baş verib. Bərdə rayon sakini 1993-cü il təvəllüdlü Rəşad Əsədzadə 41-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb. Anket məlumatlarına əsasən, o, 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə Cinayət
Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRDİ: Evə səsyazan quraşdırıbmış - TƏFƏRRÜAT
2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı, 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub. "Bakuinfo" "Qafqazinfo"ya istinadla xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər
Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib. Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı Musiqi Məktəbinin müəllimidir.
Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı tutuldu - FOTO
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komediya aktrisası saxlanılıb. İstanbul şəhərinin Kadıköy qəsəbə polisinin keçirdiyi əməliyyat nəticəsində komediya səhnələrində yer alan 29 yaşlı aktrisa Selin Dilmaç və ondan narkotik alan azərbaycanlı Ruslan A. saxlanılıblar. Narkotik aludəçisi olduğunu etiraf edən Selin Dilmaç ifadəsində bildirib ki, 3 gün əvvəl U.K. adlıbiri ilə tanış olub. Ondan özü üçün narkotik maddə alıb: "Sonra U.K. zəng edib dedi ki, görüşək və
“Ona necə inanmağıma özüm də mat qalmışam...” - Zeynal Usubov
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb. İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili
Üç il əvvəl Zaqatalada itkin düşən hind turistin qalıqları tapıldı
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb. “Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, fevralın 9-u Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Kondaveti Maniqant a məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon
Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu
Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən “Bakuinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb. Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş. Ramil Məmmədovun ölkəyə ekstradisiyası üçün tədbirlər