Kriminal

Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI

İNAYƏT İŞİ Qısa arayış... 2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olur. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin gün

21:19, 10 fevral Kriminal

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub. “Bakuinfo” xəbər verir ki, 32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb. Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən

17:14, 10 fevral Kriminal

3 gündür axtarılan 17 yaşlı oğlanın meyiti tapıldı

Ağcabədidə itkin düşən 17 yaşlı oğlanın cəsədi tapılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil

12:29, 07 fevral Kriminal

DİN həmin naməlum kağızı araşdırdı - Açıqlama

Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub. “Bakuinfo”nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar

12:01, 07 fevral Kriminal

Şahnaz Bəylərqızı və Şəmşad Ağa barədə həbs qərarı verildi

“Toplum TV” işi üzrə saxlanılan jurnalist Şahnaz Bəylərqızı məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, istintaq orqanının təqdimatına Xətai Rayon Məhkəməsində baxılıb. Qərara əsasən, Ş.Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Jurnalist qaçaqmalçılıqda ittiham edilir. *** Şəmşad Ağa barəsində isə 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

18:00, 06 fevral Kriminal

Bu şəxs Azərbaycandan 2-ci dəfə deportasiya ediləcək

2023-cü ildə Azərbaycana qanunsuz yolla daxil olmağa çalışan və həmin vaxt tutulan İraq vətəndaşı 1992-ci il təvəllüdlü Fevzi Əl-Xafacı yenidən eyni əməli törədib. “Bakuinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Astara Rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilən Fevzi cəzasını çəkdikdən sonra öz ölkəsinə deportasiya edilib. Lakin F.Əl-Xafacı yenidən qeyri-qanuni yolla Azərbaycana daxil olmağa cəhd edib. Belə ki, o, Bağdad şəhərində rezin qayıq və hava nasosu alaraq turizm

14:34, 06 fevral Kriminal

Vəzifəli şəxslər məhkəmə zalında həbs edildi

250 min manatlıq dələduzluqda ittiham edilən məmurların məhkəməsi başa çatıb. “Bakuinfo” xəbər verir ki, Pəhlivan Güləliyev, Yusif Balabəyov və Azər Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. Bildirilib ki, P.Güləliyev uzun müddət Əmlak Məsələləri Dövlət Xidmətinin müxtəlif idarələrində yüksək vəzifələrdə, eləcə də Şirvan layihə tədqiqat idarəsinin rəisi postunda çalışıb. Dələduzluq cinayəti baş verərkən isə o, “Daşınmaz Əmlakın Dövlət

13:24, 06 fevral Kriminal

Plastik cərrahların lisenziyalarının ləğvi ilə bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq və Səhiyyə Nazirliyi estetik cərrahlarla bağlı aparılan yoxlama barədə məlumat yayıb. “Bakuinfo” xəbər verir ki, birgə məlumatda yoxlamaların davam etdiyi bildirilib. “Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır. Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində

13:12, 06 fevral Kriminal

Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT

Bakıda gənc qız şantaj olunub. "Bakuinfo" xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır

13:33, 05 fevral Kriminal

“Qumar kralı” kimi tanınan Şəkili Yusif - Həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının təşkilinə qarşı əməliyyat keçirib. "Bakuinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyatla ölkədə “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) də saxlanılıb. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və

11:06, 05 fevral Kriminal

Powered by MirTech