Polis xeyli sayda silah-sursat aşkarladı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, dekabrın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək
Əli Kərimlidən yeni xəbər
AXCP sədri Əli Kərimli saxlanıldığı DTX təcridxanasında bu gün həyat yoldaşı ilə görüşüb. "Bakuinfo" xəbər verir ki, bu barədə AXCP sədrinin sosial şəbəkə hesabında məlumat verilib. Qeyd edək ki, Əli Kərimli noyabrın 29-da saxlanılıb, 1 dekabrda isə hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə barəsində istintaq dövrü üçün 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin RR Caspi MMC-nin işçiləri
Kamran Əsədovun məhkəmədən FOTOSU
Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov imtahanda abituriyentlərə xüsusi texniki vasitələrlə kömək etməkdə ittiham olunur. Bir neçə gün əvvəl o, iş üzrə Gəncə Şəhər Məhkəməsində ifadə verib. "Bakuinfo" Kamran Əsədovun məhkəmənin qarşısındakı fotosunu əldə edib. Fotoda K.Əsədovun yanındakı şəxs cinayət işi üzrə digər təqsirləndirilən Məmmədov Ayxan İlham oğlunun qardaşıdır. Qeyd edək ki, dekabrın 12-də isə K.Əsədovun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı.
Jurnalist İmamət İsmayılova həbs edildi
Vəkil Nemət Kərimlinin onun və yaxınlarının sosial şəbəkədə təhqir olunması barədə xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib. "Bakuinfo" xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə sosial şəbəkədə saxta hesab yaradaraq vəkili və yaxınlarını təhqir etməkdə təqsirləndirilən İmamət İsmayılova barəsində qərar qəbul edilib. Bundan əvvəl də xüsusi ittiham qaydasında ittiham edilərək 6 aylıq həbs olunan və
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib. "Bakuinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə
DTX-dən ƏMƏLİYYAT: İcra başçısı belə tutuldu - Video
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb. "Bakuinfo" DTX-ya istinadən xəbər verir ki, məlumatda deyilir: DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə
General Usubovun vəzifəli oğlu həbs edildi
Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub. "Bakuinfo" xəbər verir ki, məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan
Rəis Daşdəmirov həbs edildi
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib. “Bqkuinfo" xəbər verir ki, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. (Qafqazinfo.az)
MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı
Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət