İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi? – Sensasion

Ölkə 10:14, 24 sentyabr 2025, 4 706
İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi? – Sensasion


Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zaman nazirlər, komitə sədrləri, deputatlar, iş adamları və s. bu taleni yaşayır. Adnan Əhmədzadənin həbsi yaxın tariximizdə baş verən oxşar hadisələri yenidən gözlər önünə sərdi.

Son 20 ildə baş verən bu tip əməliyyatlar ölkədə zəlzələ effekti yaratdı.

İki nazir – bir tale

2005-ci ilin oktyabrında sabiq səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev başda olmaqla xeyli şəxs iş otağındaca qandallandı. Onları o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına saldılar. Hər iki nazir dövlət çevrilişində günahlandırılırdı. Düzdür, istintaqın gedişində o maddələr mənimsəmə ilə əvəzləndi. Çünki həmin dövrə beynəlxalq təşkilatlar həmin maddələrə istinad edərək Əli İnsanovu və Fərhad Əliyevi siyasi məhbus elan edə bilərdi. Ona görə də işə korrupsiya və rüşvət ittihamları da əlavə edildi. Üzərindən 20 il ötüb, bəzi detalları unuda bilərik. Bu səbəbdən oxuculardan üzr istəyirik.

farhads 1200

Fərhad Əliyev

Fərhad Əliyev də, Əli İnsanov da hakimiyyətə iddialı idilər. Onlar hakimiyyətdaxili klanlarla və bəzi xarici təşkilatlarla sövdələşmə içində olublar. O vaxt deyilirdi ki, Fərhad Əliyev ABŞ-ın Bakıdakı səfirliyi ilə ciddi təmas içindədir. Belə söhbət yayılmışdı ki, Qərb diplomatları ilə görüşlərdə onlar Fərhad Əliyevə “sizi Azərbaycanın növbəti prezidenti kimi görürük” ifadəsinə sakit qalmış, bir növ susaraq bu sözdən məmnunluğunu ifadə etmişdi. F.Əliyevin televiziyalara açıqlaması, “mən türk oğluyam”, “məni xalq sevir” və s. emosional, pafoslu cümlələri də onu hədəfə çıxarmışdı. Rəqibləri onu provokasiya etdilər, mikrofon uzatdırdılar, kamera yönləndirdilər – o da bu tələyə düşdü.

Əli İnsanovun oğlunun şirkəti üzə çıxdı - FOTO Pravda.az

Əli İnsanov

Əli İnsanovun 2003-cü ildən sonra özünü hakimiyyətə hazırladığı barədə informasiyalar dolaşırdı. O, hər yerdə deyirmiş ki, 500 minlik Qərbi azərbaycanlıların lideridir. Hətta YAP-ın iclaslarının birində İnsanov “elə etməyin ki, 500 minlik Qərbi azərbaycanlıları ayağa qaldırım” deyib.

Hakimiyyət çevrilişinə hazırlıq necə deşifrə edildi?

Hər iki nazir 2005-cilin noyabr ayının 5-də keçiriləcək Milli Məclisə seçkiləri fürsət bilib daha da aktivləşmişdi. Siyasi fəallıq maksimum dərəcədə artmışdı. Bir tərəfdən də siyasi müxalifət – hakimiyyətin aşkar, legitim rəqibi təşkilatlanaraq, blok yaradaraq iqtidarı sıxışdırırdı. Qonşu Gürcüstanda, Ukraynada, Qırğızıstanda ard-arda baş verən inqilablar, hakimiyyət dəyişikliyi müxalifəti cəsarətləndirmişdi. 2003 fiaskosundan sonra təzədən dirçəlib meydanlara çıxmışdı. Nəinki 20-30 deputat yerinə, bütövlükdə hakimiyyətə iddialı idi müxalifət liderləri. Narazı elektorat da baş verənlərdən ümidlənmişdi.

Qərbin bəzi dairələri də hakimiyyəti sıxırdı. Dövlət bu mürəkkəb vəziyyətdən çıxmaq üçün sərt addıma getməli oldu: öz içindəki gizli müxalifəti sarsıtmaq üçün “ilanın” başını “əzmək” qərarı verdi. İki naziri – Əli İnsanovu və Fərhad Əliyevi xüsusi əməliyyatla həbs etdi. Bununla da üzərinə 3-4 yerdən gələn təzyiq dalğasını xeyli dərəcədə azalda bildi.

“Quska” niyə SOCAR prezidenti ola bilmədi?

2005 seçkilərində bəxti üzünə gülən bir fiqur vardı: müxalifətin qənimi, mitinqlərin “əzraili” Hüseyn Abdullayev. Onu hər kəs “Quska” kimi tanıyırdı. H.Abdullayevin deputat mandatına sahib olması ciddi müzakirələrə, etirazlara səbəb olmuşdu. Amma “Quska” reket, qanunsuz silahlı dəstə başçısı, “bandit” obrazını deputat mandatı ilə “yumaqda” israrlı görünürdü. O, özünü ictimaiyyətə yeni obrazda təqdim etmək istəyirdi: siyasətçi, bəstəkar, iş adamı, xeyriyyəçi.

quska esas 1

Hüseyn Abdullayev

“Quska” müəyyən müddət buna nail oldu. Amma il yarım sonra – 2007-ci ilin mart ayında gerçək simasını büruzə verdi: Milli Məclisin iclasında deputat həmkarı ilə əlbəyaxa davaya çıxdı. Buna qədər də o, parlamentdə özünü xüsusi imtiyazlı şəxs kimi aparırdı. Hökumətin hesabatını, SOCAR-ın fəaliyyətini, nazirlərin işini sərt dillə tənqidə məruz qoyurdu. Bununla da ictimai dəstək qazanırdı. Fəzail Ağamalı ilə dava isə onun Milli Məclis “epoxasını” sona çatdırdı.

H.Abdullayev bu çıxışları boşuna etmirdi. O, SOCAR prezidenti olmağa çalışırdı. 2006-cı ildə – seçkidən bir müddət sonra – Rövnəq Abdullayevin bu posta təyin edilməsi “Quska”nı sözün əsl mənasında dəliyə döndərmişdi. “Necə yəni, vaxtilə mənə sürücülük etmiş bu adam indi SOCAR prezidenti olacaq?!” deyə üsyan edirdi. Beləcə, bu hikkə onu Milli Məclis salonundan türmə köşələrinə atdı. Məlum davanın səhəri günü əməliyyatçılar yolda onun başına torba keçirib, istintaqa təhvil verdilər. Deputat toxunulmazlığı ləğv edildi, mandatına xitam verildi.

Bir müddət həbsdə olandan sonra bağışlandı, türmədən çıxdı. Amma sakitləşməmişdi. Bu dəfə müxalifətlə – Milli Şura ilə ittifaq qurmuşdu. Onun 2013-cü ilin iyununda Milli Şuraya himn yazması, “Azadlıq” qəzetində dövlət rəhbərliyini hədəf alması körpüləri tamamilə yandırdı. “Quska” bu bəyanatları Almaniyadan verirdi. Özünə arxayın idi ki, dövlətin əli ona çatmaz. Bu arxayınlıq sonunu gətirdi. 2018-ci ilin aprel ayında sığındığı Almaniyadan Türkiyəyə gəlir. DİN-nin əməliyyat qrupu İstanbulda Hüseyn Abdullayevi yaxalayıb, Bakıya gətirdi. Beləcə, daha bir “əfsanə” tarix oldu…

Mahmudov və cinayətkar dəstəsinin sonu…

2015-ci ilin oktyabrında Azərbaycanda daha bir səs-küylü hadisə baş verdi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Ölkənin ən qüdrətli nazirlərindən hesab olunan Mahmudovun işdən uzaqlaşdırılması şok effekti yaratdı. Həmin vaxt ölkə parlament seçkilərinə hazırlaşırdı. Təxminən 20 gün sonra Milli Məclisə seçkilər keçiriləcəkdi. Eldar Mahmudovun istefaya göndərilməsinin köklü səbəbləri vardı. O, vəzifənin verdiyi imtiyazlardan dövlətin təhlükəsizliyi üçün yox, özünün və çevrəsinin maraqları üçün istifadə edirdi. Bütün qırmızı xətləri keçmiş, sərhədləri aşmışdı.  

Eldar Mahmudov
Eldar Mahmudov

Eldar Mahmudov canını nazir kreslosunu itirməklə qurtardı. Amma onun MTN-ə toplaşmış və general, polkovnik mundiri geymiş cinayətkar dəstəsi həbsxanaya dolduruldu. Düzdür, bəziləri canını birtəhər qurtara bildi. Məsələn, Akif Çovdarov 2020-ci ildə vaxtından əvvəl azadlığa çıxdı. Amma əmlakı əlindən alındı, nüfuzu, hörməti yox oldu. 

Bir azdan Adnanın adını anan olmayacaq…

İndi isə Adnan Əhmədzadənin həbsi ölkə gündəmi dalğalandırır. Bu gənc, amma perspektivsiz adam özünü çox pis yerdə axşamladıb. Həbs səbəbi ilə bağlı deyilənlər doğrudursa, dövlətə qarşı böyük təxribata yol verib. Bunun isə cəzası ağır olacaq. Bir sözlə, Adnan özünü uzun müddətli həbsə hazırlasın… 

Son 5 ildə həbs edilən 10-a yaxın icra başçısını, bəzi orta ranqlı məmurları, bank rəhbərlərini bura əlavə etsək, ciddi bir siyahı alınar. 

Bu həbsləri, işdən çıxarılmaları birləşdirən və eyni vitrinə düzən bir motiv var: müvəffəqiyyətdən və artan var-dövlətdən baş gicəllənməsi. Vəzifənin, pulun yaratdığı imkanları yanlış istiqamətə istifadə edəndə sonu həbsxana divarları olur, ən yaxşı halda ev dustaqlığı.

Bu adamlara bir az gec toxunulsaydı, Azərbaycanın başına açmadıqları oyun qalmayacaqdı. Nə işdirsə, varlanan, maddi imkanları, səlahiyyətləri artan kimi hamısının ürəyindən hakimiyyət keçir.

İnsanovlar, Fərhadlar, Eldarlar, Adnanlar getdi, amma yerində xeyli belələri qalmaqdadır. Gedənlər getdi, qalanlara göz-qulaq olmaq lazımdır… // Globalinfo.az

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.

23:43, 14 yanvar Siyasət

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet

22:34, 14 yanvar Siyasət

Son Xəbərlər

Azərbaycanda yeni park yaradıldı - FƏRMAN

Azərbaycanda Qərb Sənaye Parkı yaradılıb. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Park Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində yaradılıb. Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların

13:11, 15 yanvar Sosial

DSMF sədrindən pensiya yaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil. Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycandaa kişilər və

13:05, 15 yanvar Sosial

İdarə rəisi Elvin Quliyev işdən çıxarıldı - FOTO

Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub. "Bakuinfo" xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb və vəzifəsinə xitam verilib. Məlumat üçün bildirək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib. (Teleqraf)

13:02, 15 yanvar Sosial

Pensiyalarla bağlı sevindirici xəbər - Bu qədər artacaq

2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir. "Bakuinfo" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub: "Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata

12:55, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Bu nazirlər Kəmaləddin Heydərova çatdı - Siyahı açıqlandı

Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib. "Bakuinfo" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu. Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov,

12:15, 15 yanvar Sosial

Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat etdi

Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib. "Bakuinfo" xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi. Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir. (Qafqazinfo)

12:03, 15 yanvar Sosial

Eldar Eyvazov şöbə müdiri təyin olundu

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin

11:58, 15 yanvar Ölkə

Bakının təhvil verdiyi ermənidən açıqlama: Məni daş-qalaq edəcəklər

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial media hesabında paylaşım edib. "Bakuinfo" xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb. “Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl

11:56, 15 yanvar Siyasət

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb. “Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib. Bundan başqa, AB-nin Cənubi

11:47, 15 yanvar Siyasət

Powered by MirTech