Bu universitetin iki prorektoru işdən azad edildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub. "Bakuinfo" Modern.az-a istinadən xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb. Universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb. Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə
Bakıda qanunsuz daşımalar artıb
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobuslar tamamilə yenilənib, xətlərə müasir tələblərə cavab verən nəqliyyat vasitələri buraxılıb. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Gəncədə marşrutların yenilənməsi bu şəhərdə fəaliyyət göstərən 400-ə qədər köhnə avtobusun şəhərdən çıxması ilə nəticələnib. Həmin avtobusların əksəriyyəti isə paytaxta gələrək qeyri-qanuni sərnişindaşımalara cəlb edilib. Belə ki, son
DİN xəbərdarlıq etdi: "Dələduzluq halları var"
Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar: "Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda
Müdafiə Nazirliyindən xəbərdarlıq: "Təşvişə düşməyin"
6–10 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını
Bir milyonluq villa məsələsi böyüyür: Partiya sədri sərt tənqid etdi
“AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib”. "Bakuinfo" xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhilmi çıxış edib. Onun sözlərinə görə, nəhayət ki,
Dekabr ayında neçə gün iş olmayacaq?
2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. "Bakuinfo" xəbər verir ki, həmin gün həftənin çərşənbə axşamına təsadüf edir. 2026-cı ilin 1-2 Yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər də cümə axşamı və cümə gününə təsadüf edir. Bununla da, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
Qış fəsli Azərbaycana bu tarixdə daxil olacaq
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. "Bakuinfo.az xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38
Əhaliyə ŞAD XƏBƏR - NƏHAYƏT BAŞA ÇATDI
Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb. "Bakuinfo" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib. Alimin sözlərinə görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb: pizza hut "Yerüstü maqnitometrlərin məlumatları və günəş
Oğlunu hərbi xidmətə yola salan general-mayorla bağlı maraqlı məlumatlar – Kimdir Xəlilov?
General-mayor Vasif Xəlilovun oğlunu hərbi xidmətə yola salarkən çəkilmiş görüntülər sosial şəbəkələrdə trendə çevrilib. Kadrlarda generalın hərbi formada görünməsi birmənalı qarşılanmayıb. Belə ki, bəzi istifadəçilər bunu onun xidmətdə olması ilə əlaqələndirsə də, digərləri hadisəni nümayiş xarakterli addım kimi qiymətləndiriblər. Sosial mediada yaranan bu müzakirələr cəmiyyətdə vəzifəli şəxslərin övladlarının hərbi xidmətə münasibəti mövzusunu yenidən gündəmə gətirib. "Bakuinfo"
Əbülfəs Qarayev: "O, çox gözəl insan, gözəl həmkar idi"
“Mən şəxsən onunla dostluq edirdim. O, çox gözəl insan, gözəl həmkar idi”. “Bakuinfo” xəbər verir ki, bu sözləri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimində deyib. O qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində səhiyyə sahəsində görülən işlər, inqilabi dəyişikliklər, Prezidentin siyasətinin əsasında qurulmuş insanlara yeni qayğı sistemi olduqca böyük əks-səda doğurub. Bu gün də səhiyyə sahəsində görülən işlər müşahidə edilir. “O