Ombudsman: Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti Konstitusiyaya uyğun deyil
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına,
"TikTok"da əxlaqsızlığın təbliğinə görə həbs olunan İlhamə Elşadqızına hökm oxunub
"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işinin yekun məhkəmə prosesi keçirilib. "Bakuinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı təqsirləndirilənin dörd il altı ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Təqsirləndirilən şəxsin vəkili
Bakıda AĞIR QƏZA: Sürücü öldü
Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü ölüb. "Bakuinfo" xəbər verir ki, bu barədə Bakupost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Babək" körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Bakıda 11 yaşlı yeniyetmə dərmandan zəhərlənərək ölüb
Bakıda 11 yaşlı yeniyetmə dərmandan zəhərlənərək ölüb. "Bakuinfo" xəbər verir ki, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. . // Report
İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi? – Sensasion
Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zaman nazirlər, komitə sədrləri, deputatlar, iş adamları və s. bu taleni yaşayır. Adnan Əhmədzadənin həbsi yaxın tariximizdə baş verən oxşar hadisələri yenidən gözlər önünə sərdi. Son 20 ildə baş verən bu tip əməliyyatlar ölkədə zəlzələ effekti yaratdı. İki nazir – bir tale 2005-ci ilin oktyabrında sabiq səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev başda olmaqla xeyli şəxs iş otağındaca qandallandı. Onları o
Turan İbrahimova yeni vəzifə verildi
Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr təyinatı həyata keçirilib. Tanınmış telejurnalist Turan İbrahimov kanala baş redaktor vəzifəsinə təyin olunub. "Bakuinfo" xəbər verir ki, 20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib. Bu
Sabah pensiyalar tam ödəniləcək
Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bakuinfo.net xəbər verir ki, bu barədə "Report"a Dövlət Sosial Müdaiə Fondundan məlumat verilib. Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Taksi qiymətləri ilə bağlı rəsmi açıqlama - Artım olacaq?
Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiyməti bazarın təsirləri əsasında formalaşmalıdır. Ödənişli zonaların taksi fəaliyyətinə təsiri hazırda açıq sualdır. Bakuinfo.net APA-ya istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
2025-2026-cı tədris ili üzrə elm və ali təhsildə yeniliklər və hədəflər müzakirə olunub
Sentyabrın 19-da ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə “2025-2026-cı tədris ili: elm və ali təhsildə yeniliklər və hədəflər” mövzusuna həsr olunmuş tədbir keçirilib. Bakuinfo.net xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, həmçinin ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Elm və təhsil naziri Emin
Müdafiəyə Nazirliyi xəbərdarlıq etdi: İki ərazidə partlayışlar olacaq
Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bakuinfo.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. "Partlayış səsləri