Son Xəbərlər

Nazir ona yüksək vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə yeni sədr müavini təyin olunub. "Bakuinfo" xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə sözügedən vəzifəyə Elnur Musayev gətirilib. Qeyd edək ki, Elnur Musayev ləğv edilən "AGBank" ASC-də sədr müavini və digər müxtəlif vəzifələrdə çalışıb. (Qaynarinfo.az)

20:46, 16 dekabr Sosial

Azərbaycan əhalisi 8 milyona enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda ötən illə müqayisədə doğulan uşaqların sayında azalma var. Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 80 min 802 doğulan körpə qeydə alınıb. Ötən il bu rəqəm 86 min 274 nəfər olub. Beləliklə, doğulan uşaqların sayında 6 minə yaxıb azalma var. Sosioloq Mail Yaqubov mövzu ilə bağlı Modern.az-a açıqlamasında qeyd edib ki, doğumun sayının aşağı düşməsinin birinci səbəbi insanların dünyagörüşünün, həyata baxışının dəyişməsidir. İnsanların

19:47, 16 dekabr Sosial

Vardanyanın məhkəmə istintaqı yekunlaşdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib. "Bakuinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə

19:35, 16 dekabr Kriminal

Kamran Əsədov vəzifəsindən AZAD EDİLDİ

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb. "Bakuinfo" xəbər verir ki, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai

17:06, 16 dekabr Sosial

Azərbaycanda məşhur bazar yenidən açıldı

Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətə başlayıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub. Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları

15:31, 16 dekabr Sosial

Azərbaycanla müharibəyə hazırlaşan “57-lər” - reaksiya

Ermənistan lideri “Qarabağ məsələsi bağlandı” deyir, bəs onun xalqı da eyni mövqedədirmi? Rəsmi Bakı dəfələrlə və yüksək səviyyədə bəyan edib ki, Azərbaycan Nikol Paşinyanın partiyası ilə yox, erməni xalqı ilə, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Elə bir müqavilə ki, bütün dönəmlər və zamanlar üçün öz legitimliyini, beynəlxalq hüquqi qüvvəsini saxlasın. Ancaq təəssüf ki, bu, yalnızca bizim xoş məramımıza bağlı məsələ deyil. Qərarı erməni tərəfi verməlidir. “İndi bizə taleyimizi

15:10, 16 dekabr Siyasət

Elektron siqaretlərin reklamı qadağan edilir

Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək. "Bakuinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla

15:05, 16 dekabr Sosial

Azərbaycanda elektron siqaret qadağan olundu

Azərbaycanda elektron siqaretlər qadağan olunur. “Bakuinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

15:02, 16 dekabr Sosial

Kəmaləddin Heydərov 20 illin hesabatını verdi

"Ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müasir texnika ilə təmin olundu. Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olundu. Ötən illər ərzində 1134 yeni texnika alınıb. Qısa müddətə 9 regional mərkəz istifadəyə verildi. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə FHN-in akademiyası yaradılıb". "Bakuinfo" xəbər verir ki, bunu fövqəladə

14:55, 16 dekabr Ölkə

Azərbaycanda tələbə yıxılaraq öldü

Azərbaycan Turizm və Menecment Universitetinin 4-cü kurs tələbəsi Ağa Anar oğlu Əhmədov vəfat edib. "Bakuinfo" xəbər verir ki, tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırdı.

14:29, 16 dekabr Sosial

Powered by MirTech