Son Xəbərlər

Polis xeyli silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı

10:54, 03 dekabr Sosial

Bakıda əməkhaqqı artdı - 1360 manat

2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olub. Bu barədə “Bakuinfo"ya Bakı Statistika Komitəsindən bildirilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.

10:14, 03 dekabr Sosial

Neft bahalaşdı

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,08 faiz artaraq 62.5 dollar/barel olub. "Bakuinfo" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0,14 % yüksələrək 58.719 dollar təşkil edib.

09:45, 03 dekabr İqtisadiyyat

Azərbaycan orbitə "Zəfər" peyki buraxdı

Azərbaycanın tarixində ilk dəfə "Zəfər" məktəbli peyki orbitə çıxarılıb. "Bakuinfo" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib. Onun sözlərinə görə, məktəblilərin hazırladığı "Azərbaycanın Zəfəri" adlı peyki orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb.

09:43, 03 dekabr Sosial

Məktəb direktoru yenidən vəzifəyə gətirildi

Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib. "Bakuinfo" xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta

09:32, 03 dekabr Sosial

İki oğlu şəhid olan ana vəfat etdi

İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. “Bakuinfo” xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

09:30, 03 dekabr Sosial

Kişi kanala düşən qadını xilas edərkən öldü

Bərdədə kişi su kanalında boğulan şəxsi xilas edərkən ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Nazirli kəndində baş verib. Belə ki, 1957-ci il təvəllüdlü Yasin Kərimov 1981-ci il təvəllüdlü Sərəncam Kərimovanı su kanalından çıxarmaq istəyərkən boğularaq ölüb. Sərəncam Kərimova isə sudan sağ olaraq çıxarılıb. Faktla bağlı araşdırma aparılır. (APA)

09:29, 03 dekabr Hadisə

Maaşlar artırıldı: 1700 AZN

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub. "Bakuinfo" xəbər verir ki, yeni qərara əsasən əməkhaqqılarda aşağıdakı kimi dəyişiklik edilib. Dekan, kafedra müdiri, dosent, baş müəllim və müəllimlərin maaşı 15-20%, Tyutorların maaşı 33%, Laborantların maaşı 20% artırılıb. Artımdan sonra

09:25, 03 dekabr Sosial

Təbii qaz bahalaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. "Bakuinfo" xəbər verir ki, yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,1% artaraq 4,881 ABŞ dolları təşkil edib. (APA)

09:23, 03 dekabr İqtisadiyyat

Əliyev güzəştə getmədi, Putinin yanına qaçdılar

Ermənistan hökumətinin rəsmi saytı keçmiş Qarabağ məsələsi ilə bağlı açıqlanan əsas sənədlər (sayı 13-dür) və onların mahiyyətinə dair geniş təhlil yayıb. Bu sənədlər Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına uyğun olaraq, dekabrın 2-də dərc olunub. Sənədlər paketi danışıqlar prosesinin tam məntiqini göstərmək üçün yayımlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Armenpress” məlumat verib. Ermənistan hökumətinin təhlilində deyilir: “Yayımlanan sənədlər göstərir ki,

09:21, 03 dekabr Siyasət

Powered by MirTech