Son Xəbərlər

Təbii qaz bahalaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. "Bakuinfo" xəbər verir ki, yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,1% artaraq 4,881 ABŞ dolları təşkil edib. (APA)

09:23, 03 dekabr İqtisadiyyat

Əliyev güzəştə getmədi, Putinin yanına qaçdılar

Ermənistan hökumətinin rəsmi saytı keçmiş Qarabağ məsələsi ilə bağlı açıqlanan əsas sənədlər (sayı 13-dür) və onların mahiyyətinə dair geniş təhlil yayıb. Bu sənədlər Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına uyğun olaraq, dekabrın 2-də dərc olunub. Sənədlər paketi danışıqlar prosesinin tam məntiqini göstərmək üçün yayımlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Armenpress” məlumat verib. Ermənistan hökumətinin təhlilində deyilir: “Yayımlanan sənədlər göstərir ki,

09:21, 03 dekabr Siyasət

Bakıda maşın yandı - Sürücü öldü

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb. Bu barədə “Bakuinfo”ya FHN-dən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar

09:10, 03 dekabr Hadisə

Məşhur Xalq artisti İlham Əliyevə müraciət ünvanladı

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb: “Hörmətli cənab Prezident, İlham Heydər oğlu Əliyev! Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram! Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu! Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə

09:04, 03 dekabr Sosial

İnsanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanıldı

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb. "Bakuinfo" xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb. Aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə

09:01, 03 dekabr Kriminal

Bakıda bu ərazidə işıq olmayacaq

Bu gün Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan "Bakuinfo"ya verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan

08:53, 03 dekabr Sosial

Bakıda bu yollarda tıxac var - Siyahı

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5.

08:40, 03 dekabr Sosial

“Çevriliş işi”ndə sıra generallara çatdı

“Ramiz Mehdiyev işi” çərçivəsində həbs olunacağı iddia edilən şəxslərin siyahısında adı hallanan Telman Mehdiyev kimdir? Vaxtilə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib. İki gün əvvəl Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi. “Haqqin.az” saytında dərc edilən məqalədə adı

08:33, 03 dekabr Siyasət

FTX Əli Kərimliyə bu mesajı göndərib - Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli də Meydan TV-yə müsahibəsində maraqlı açıqlama verib. "Bakuinfo"nun Savashmedia.az-a istinadən xəbərinə görə, o, Rusiyada bizneslə məşğul olan keçmiş icra başçısı Saleh Rüstəmovun Moskvadan qovulmasının səbəbindən bəhs edib. Cəmil Həsənlinin iddiasına görə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Saleh Rüstəmov vasitəsilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə mesaj göndəribmiş. Mesaj isə bundan ibarət imiş ki, Rusiya FSB-si

22:49, 02 dekabr Siyasət

Azərbaycanda 11 gün iş olmayacaq

Gələn il Novruz və Ramazan bayramları ilə əlaqədar 11 gün qeyri-iş günü olacaq. APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə

17:25, 02 dekabr Sosial

Powered by MirTech