Son Xəbərlər

Sabah Bakıda hava necə olacaq?

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765

12:28, 26 noyabr Sosial

Azərbaycanda məşhur direktor işdən çıxarıldı

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb. "Bakuinfo" xəbər verir ki, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Bundan əvvəl V.Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin direktoru Afiq Quliyevin də işdən çıxarıldığını yazmışdıq. Məlum olub ki, B.Qasımov

12:21, 26 noyabr Sosial

İcbari Tibbi Sığorta ilə bağlı YENİ XƏBƏR - ANONS EDİLDİ

ƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun dediklərinə reaksiya - ekspertə görə yekun qərar xalqın xeyrinə olacaq TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib ki, gələn il ola bilər ki, bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarılsın. O qeyd edib ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir: “Və bu günə qədər də bu proses belə davam edir. Xidmət TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən

11:22, 26 noyabr Sosial

Zabrat yolunda avtobus zolağı uzadılıb

Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Məqsəd şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaqdır. Hazırda xüsusi hərəkət zolağının yaradılması şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Bakuinfo"ya bildirilib ki, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə

11:20, 26 noyabr Sosial

57 yaşlı Könül Kərimovanın son fotosu müzakirə yaratdı

Könül Kərimova sosial şəbəkədə yayımladığı son görüntüləri ilə diqqət mərkəzinə düşüb. "Bakuinfo" xəbər verir ki, 57 yaşlı Əməkdar artist "Instaqram" hesabında qlamur tərzdə çəkilmiş fotolarına dair çoxsaylı rəylər alıb. İzləyicilər onun yaşına baxmayaraq özünə xüsusi qayğı göstərdiyini, peşəkar görünüşü ilə hamını valeh etdiyini vurğulayıblar.

11:07, 26 noyabr Şou-biznes

Pensiya alanlara sevindirici xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib. Bu barədə "Bakuinfo"ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb. Belə ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan

10:56, 26 noyabr Sosial

Bakıda arvadını bıçaqlayan şəxs Çində saxlanıldı

Bu il noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Bu barədə "Bakuinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə

10:48, 26 noyabr Kriminal

Bakıda SSRİ bayrağı qaldıranlardan biri məşhur şəxs imiş

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. "Bakuinfo" xəbər verir ki, saxlanılan İbrahim Əsədli tanınmış həkim-onkoloqdur. Bir müddət əvvəl saytımızda onun

10:42, 26 noyabr Sosial

Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildi - Foto

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. “Bakuinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis

10:31, 26 noyabr Kriminal

Bakıda qarlı havalara hazırlıq başladı - FOTO

Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin

09:32, 26 noyabr Sosial

Powered by MirTech