Azərbaycanda gərginlik yaratmaq planı - SENSASİON XƏBƏRDARLIQ
Sabiq nazir iddia edir ki, sabitliyi pozmaq üçün bir neçə plan nəzərdən keçirilir - reaksiya
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başladığını açıqlayıb. Minval xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb. Zülfüqarovun sözlərinə görə, o, “ölkəmizin internet məkanına kütləvi hücuma keçmiş” Rusiyanın təbliğat resurslarının fəaliyyətini mümkün qədər izləyib və təhlil edir. Sabiq nazirə görə, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, sadəcə, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. Həmçinin Zülfüqarovun fikrincə, “daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkündür.
Zülfüqarov iki ay əvvəl bu istiqamətdə xəbərdarlıq etdiyini xatırladıb: “Qarabağ təzyiq mexanizmi itirildikdən sonra xarici qüvvələr regiona yeni təzyiq modelini işə salmağa çalışacaqlar. Bu gün ölkədə sabitliyi pozmağa cəhd ediləcəyi açıq-aydın görünür, çünki informasiya hücumu artıq başlayıb. Lakin bu cəhdin uğursuzluğa məhkum olduğu da göz qabağındadır, çünki Azərbaycanda cəmiyyətin konsolidasiya səviyyəsi Rusiyanın özündə, məsələn, Gürcüstan və Ermənistandakından xeyli yüksəkdir”.
“Svobodnaya pressa”dakı məqalədə də Zülfüqarovun dediyi təhlükədən xəbər verilir. Politoloq Mixail Neyjmakov nəşrə deyib ki, Azərbaycandakı daxili siyasi vəziyyət vaxtaşırı Amerika konqresmenləri, həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid edilir. “Məsələn, bu ilin martında Marko Rubioya ABŞ-ın Azərbaycana hərbi yardımını dərhal dayandırmağa çağıran məktubu imzalayan 60 parlamentari arasında hər iki partiyanın nümayəndələri də olub.
“Moskva niyə Azərbaycan müxalifəti ilə işləməməlidir” sualına gəlincə, politoloq deyib ki, Azərbaycan hakimiyyətini tənqid edənlər var. “Amma onların bir qismi ölkədən kənardadır. Moskva ilə yaxınlaşmanın tərəfdarı olanlar da var. Rusiya ilə işləməyə hazır olanları tapmaq mümkündür, lakin indiki şəraitdə bunun ən azı yaxın gələcəkdə Azərbaycan rəhbərliyi üçün real daxili siyasi təhdidlər yaratması çətindir”.
Göründüyü kimi, Rusiyanın bəzi dairələri həqiqətən də Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək planları üzərində işləyirlər. Və bu ssenaridə müxalifətin bir qanadından istifadə də nəzərdən keçirilə bilər. Moskva bu hiyləni əvvəllər də sınaqdan keçirib. Xüsusən də 2013-cü ildə şərti adı “Milyarderlər ittifaqı” olan bəzi azərbaycanlı oliqarxların çətiri altında müxalifətin birliyi təşkil olunmuşdu. Hazırda bu potensial olduqca zəif görünür. Amma daxildə sabitliyi pozmaq üçün Kreml digər “kart”ları da işə sala bilər. Misal üçün etnik separatizm.
Lakin 44 günlük müharibədən sonra Azərbaycan cəmiyyəti daha da rasionaldır və belə oyunlara qarşı müqavimət immuniteti yaranıb. Bu baxımdan, Rusiya daxildən ölkəni necə qarışdıra bilər?

Elxan Mirzəyev
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Putinin köməkçisi Peskov da etiraf etdi ki, münasibətlər çətin dövrünü yaşayır: “Açığı, vəziyyətin bu dərəcədə gərginləşməsi arzuolunmaz mənzərədir. Hər şey Rusiyanın hərəkətləri ucbatından baş verib. Kreml isə Bakının strateji addımlarından narazılığını hiss etdirir və acığını çıxmaq üçün təzyiqlərə əl atıb. Zənnimcə, bu prosesin kulminasiyası prezidentlərin telefon söhbəti ola bilər. Əks halda, gərginlik də davam edəcək, azərbaycanlılara qarşı ayrı-ayrı hücumlar da, ölkəmizə hədyanlar da. Ona görə tərəflər əlaqələrin yaxılaşması üçün qarşılıqlı addımlar atmalıdır. Doğrudur, təyyarənin vurulması ilə bağlı haqlı tələbimiz qüvvədədir. Azərbaycan beynəlxalq məhkəməyə də hazırlaşır. Ancaq Rusiya da bizi itirmək istəmirsə, məsələnin böyüməsinə imkan yaratmamalıdır. Əgər təyyarə ilə bağlı tələblər yerinə yetirilərsə, Bakı-Moskva əlaqələrində geridönüş ola bilər”.
E.Mirzəyev Azərbaycan daxilində sabitliyin pozulması üçün müxtəlif təxribat xarakterli addımlar atılmasını istisna etmir. Həmçinin sosial şəraitdən sui-istifadə edilərək vəziyyətin qızışdırılmasını da mümkün sayır: “Amma xalq və dövlət həmrəyliyi mövcuddur. Azərbaycan cəmiyyəti prezidentinə sədaqətlidir və heç bir kənar güc, məkrli niyyəti olan bədxah qüvvələr ölkəmizi içəridən sarsıda bilməzlər. Buna imkan vermərik. Azərbaycanda müxalifət də var, insanların hansısa problemlərdən şikayəti də ola bilər, amma Rusiyanın bundan sui-istifadə etməsi mümkün deyil. Özü də Rusiya heç nə edə bilməz. Çünki postsovet məkanında nüfuzunu itirib və ona kimsə inanmır. Ümumiyyətlə, Rusiya Azərbaycan cəmiyyətində işğalçı, Qarabağ münaqişəsini başımıza açan bir dövlət kimi qəbul olunubsa, ona daxildən dəstək verilə bilməz. Artıq o dövr də deyil ki, burada milli-dini faktorlardan istifadə edə bilsinlər. Azərbaycan xalqı türkü, talışı, ləzgisi, avarı ilə birdir, öz dövlətinə bağlıdır”.

Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya rəsmiləri hər hansı məsələni diplomatik dillə izah etməyə çalışanda, “Z- blogerlər” düşmən elan etdiklərini söyüş dili ilə hədələyirlər. “İndi bu kütlə Azərbaycanın üstünə tökülüşüb, Prezident İlham Əliyevi düşmən elan ediblər. "Z- blogerlər" Azərbaycana qarşı ikinci cəbhənin açılması vacibliyindən, Bakının bombalanmasından, azərbaycanlıların Rusiyadan kütləvi şəkildə qovulmasından yazır və Kremldən təcili tədbirlər tələb edirlər. Bunlara “başdanxarablar” deyib fikir verməmək də olar. Ancaq Putinin Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda Rusiya cəmiyyətinin bir hissəsi də “Z-blogerlər” kimi düşünür. Əks halda, bu şovinist kəsim Rusiya sosial media seqmentini ələ keçirməzdi", - deyə politoloq qeyd edib.
E.Şahinoğlunun fikrincə, Kreml Azərbaycana qarşı pisliklərini davam etdirir, sadalamağa ehtiyac yoxdur: “Əsas sual budur: Kremlin başbilənləri ölkəmiz əleyhinə daha nələri etməyi planlaşdırırlar? Rusiyanın müxtəlif şəhərlərində diaspora nümayəndələrimizə müxtəlif problemlər yaradacaqlarını, kənd təsərrüfatı məhsullarımızı əvvəlkitək sərhəddən geri qaytaracaqlarını proqnozlaşdırmaq olar. Bu azmış kimi, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin dövlət kanallarındakı şovinist aparıcılar, proqramlara çıxardıqları siyasi şərhçilər və "Z-blogerlər" Azərbaycana qarşı təxribatları genişləndirməyi təklif edirlər. Narahat olmalıyıqmı?
Rusiya hərbçiləri “sülhməramlı” adı altında hələ Qarabağda olsaydılar, narahatlıq üçün əsas ola bilərdi. Bu məsələni həll etmişik, 200 ildən sonra ilk dəfə torpaqlarımızda rus hərbçisi yoxdur. Ancaq şimaldan istiqamətlənən müxtəlif təxribatçı ssenarilərə də hazır olmalıyıq. Rusiya İranla Xəzərdə birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlər sırasında iki ölkənin hərbi gəmiləri dəniz sərhədlərimizi poza bilər. Rusiya Dağıstanla sərhədə əlavə qüvvələr cəmləşdirə bilər. Buna qarşı Azərbaycan Türkiyə ilə yanaşı, Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi təlimlərin sayını artırmağa çalışmalıdır".
Diqqət Çəkənlər
Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi
Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA
Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir". "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib. "Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq.
Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
Ermənistan Suriyaya 2020-ci ildə Azərbaycan tərəfdə döyüşdüyü üçün əsir götürdüyünü iddia etdiyi iki nəfəri təhvil verib. "Bakuinfo" xəbər verir ki, hər iki şəxs Ermənistanda ömürlük həbsə məhkum edilmişdilər. Ermənistan Ədliyyə Nazirliyi bu məlumatı 4 erməni məhbusun bu gün Ermənistana təhvil verilməsi barədə yayılan məlumat fonunda paylaşıb. Qeyd edilib ki, 14 yanvar 2026-cı ildə Ermənistan Türkiyə vasitəsilə Suriyaya iki hərbi əsiri - Muhrab Məhəmməd əl-Şəhri və Yusif Alabet
Son Xəbərlər
Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş
Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)
Bu nazirlər Kəmaləddin Heydərova çatdı - Siyahı açıqlandı
Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib. "Bakuinfo" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu. Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov,
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat etdi
Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib. "Bakuinfo" xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi. Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir. (Qafqazinfo)
Eldar Eyvazov şöbə müdiri təyin olundu
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb. Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin
Bakının təhvil verdiyi ermənidən açıqlama: Məni daş-qalaq edəcəklər
Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial media hesabında paylaşım edib. "Bakuinfo" xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb. “Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl
Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
Avropa Birliyi (AB) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper X hesabında yazıb. “Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. AB iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib. Bundan başqa, AB-nin Cənubi
Polis xeyli silah-sursat aşkarladı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı
İcra hakimiyyətlərində şöbələr ləğv edildi, yeni sektorlar yaradıldı
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib. "Bakuinfo" xəbər verir ki, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb. Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər. Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri
Bu nazirliklər birləşdirilir
Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birləşməklə vahid agentlik yaratmaq barədə müzakirələr aparır. "Bakuinfo" "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, plan Arsen Torosyanın rəhbərlik etmək niyyətində olduğu vahid struktur yaratmaqdır. Qeyd olunur ki, təşəbbüs nazirlik işçiləri arasında narazılığa səbəb olub. Qəzet bildirir ki, sistem daxilində təklif olunan dəyişikliklər idarəetmə islahatı deyil, hakimiyyəti cəmləşdirmək və
Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil. "Bakuinfo" xəbər verir ki,