Siyasət

İlham Əliyevin Putinə təşəkkür etməsi... - Akop Badalyan

Rusiya-Azərbaycan münasibətləri “mülayim” və “soyuq” dövrlərin bir-birini tez-tez əvəz etdiyi mürəkkəb bir sistemdir. Düşənbə görüşünə gəlincə, son bir ildə, xüsusən də təyyarə qəzasından sonra ilk dəfə keçirilən görüş müəyyən razılaşmaların nəticəsi idi. Danışıqların əvvəlinin demək olar ki, tamamilə təyyarə qəzası mövzusuna həsr olunması xarakterikdir. Burada Putinin dedikləri də diqqət çəkirdi. Rusiya liderinə faciənin yeni təfərrüatı barədə görüşdən bir-iki gün əvvəl məlumat verilib. Bu

12:25, 13 oktyabr Siyasət

Ərdoğandan yeni qərar - Azərbaycanlılar Türkiyədə "əcnəbi" sayılmayacaqlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli əcnəbilərin ölkədəki hüquqi statusunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən yeni qərarı imzalayıb. "Bakuinfo" xəbər verir ki, “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Nizamnaməyə dəyişiklik edilməsi” barədə qərar 10 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.

10:43, 13 oktyabr Siyasət

Milli Məclisin sabiq sədrinin ailəsi 30 ildən sonra Bakıda - Fotolar

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. “Bakuinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıblar. Eks-spikerin qızı ardınca Şəhidlər xiyabanına gedərək şəhidlərin xatirəsini yad etdiyini söyləyib. “Dünyanın öndə olan paytaxt şəhərlərindən

09:00, 13 oktyabr Siyasət

İlham Əliyev İspaniya kralını təbrik etdi

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. “Bakuinfo" xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

11:20, 12 oktyabr Siyasət

Azərbaycan XİN Qətərə başsağlığı verdi

Azərbaycan XİN Qətərə başsağlığı verib. "Bakuinfo" xəbər verir ki, bu barədə nazirliyin "Facebook" hesabında paylaşım edilib. "Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - paylaşımda deyilir.

10:30, 12 oktyabr Siyasət

Putindən Azərbaycanla bağlı qəribə sözlər

Azərbaycan demək olar ki, rusdilli ölkədir və bu, onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib. "Xatırladım ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar. Bu da ölkənin Rusiya ilə əlaqələrin inkişafına prinsipal səviyyədə sadiq olduğunu göstərir",- o qeyd edib. (Teleqraf.com)

16:49, 11 oktyabr Siyasət

Vladimir Putinin Azərbaycanla bağlı bu sözündən utandınızmı?

Vladimir Putinin Düşənbədə Azərbaycanla bağlı “rusdilli ölkədir” sözləri niyə “diqqətdən yayındı”? Qəribədir ki, ötən gün, Putinin bu sözlərindən sonra sosial şəbəkədə “Bakılılar günü” ilə bağlı saysız-hesabsız paylaşımlar da aktivləşdi - halbuki “Bakılılar günü” adlı “tarix” dünən, o paylaşımlar da bu ilin deyil. Sanki Putinin bu sözləri ilə o “tarix” xatırlanmış, internetdə axtarışlar verilmiş və buna görə də sosial şəbəkə o görüntüləri önə çıxarmışdı! “Rusdilli Bakı”nın həsrətini çəkən və

13:41, 11 oktyabr Siyasət

İlham Əliyev - liderlik, diplomatiya, regional tarazlıq

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü regional güc balansında yeni mərhələnin rəmzi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev Tacikistan paytaxtına MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün səfər etmişdi, lakin səfərin əsas məğzi məhz ikitərəfli formatda aparılan bu strateji dialoqda cəmləndi. Bəs bu görüş diplomatik protokolun tərkib hissəsi idi, yoxsa region

10:40, 11 oktyabr Siyasət

SSRİ ilə MDB köklü surətdə bir-birindən fərqlənir - Putin

“SSRİ dağılanda vətəndaşların böyük əksəriyyəti nə baş verdiyini anlamırdı”. "Bakuinfo" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə deyib. “SSRİ dağıldıqda və MDB-nin yaradıldığı elan olunduqda, məncə, bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti baş verənləri tam anlamırdı: əvvəllər SSRİ var idi, indi isə MDB. Düşünürdülər ki, mahiyyət etibarilə çox da bir şey dəyişməyib. Əslində, hər şey

09:45, 11 oktyabr Siyasət

Zelenski: “Trump Ukraynada atəşkəsə nail olsa, onu Nobel Sülh Mükafatına namizəd göstərəcəyəm”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sabiq ABŞ prezidenti Donald Trump Ukraynada davam edən müharibənin dayandırılmasına nail olarsa, onu Nobel Sülh Mükafatına namizəd göstərəcək. Bakuinfo “The Guardian”ın xəbərinə görə xəbər verir ki, Zelenski bu fikirləri cümə axşamı verdiyi bəyanatda səsləndirib. Onun sözlərinə görə, əsas məqsəd atəşkəsin reallaşması və dinc danışıqların bərpasıdır. “Əgər kim bu müharibəni dayandıra biləcəksə – fərqi yoxdur kimdir – mən o insanı Nobel

16:30, 10 oktyabr Siyasət

Powered by MirTech