Ukrayna uzunmüddətli qələbə yolunda
ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra sülh ümidləri doğrulmadı, lakin Ukraynanın “istehkamlı müharibə” strategiyası gözlənilməz nəticələr verir. Qarşı tərəfin davamlı itkiləri və Ukrayna Silahlı Qüvvələrinin uyğunlaşması uzunmüddətli qələbə üçün imkanlar açır. "Bakuinfo" xəbər verir ki, bu barədə “Atlantik” nəşri yazıb. "Cəbhədə strateji vəziyyət Rusiya Ukraynanın şimal-şərqində sürətli irəliləyişə ümid edirdi, lakin əsas şəhərlər və logistika mərkəzləri hələ də
Lavrov: "Rusiya bu ölkəni tərk etməyəcək"
Suriya rəhbərliyi Rusiyanın respublikada mövcudluğunu saxlamaqda maraqlıdır. "Bakuinfo" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz maraqlıyıq ki, bəziləri sovet dövründə, bəziləri 2011-2014-cü illərdən sonra başlanmış, milli iqtisadiyyata, sənayeyə, kənd təsərrüfatına və energetikaya yardımla bağlı hər şey davam etsin. Amma təbii ki, bunu yeni şəraitə uyğunlaşdırmaq lazımdır. Bu, bizim hərbi bazalarımıza da aiddir. Rusiya Prezidenti Vladimir
Hafiz Hacıyev: "Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur"
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun uzun müddət sonra ilk dəfə əməkdar artist Cabir İmanovun vida mərasimində görünməsi diqqət çəkib. Onun ictimaiyyət qarşısına nadir hallarda çıxması birmənalı qarşılanmır. Belə ki, B.Səfərov 2009-cu ildən bu vəzifəni icra edir və Şuşanın azad olunmasından sonra onun postunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılsa da, hələ də icra başçısı kimi fəaliyyətini davam etdirir. Şuşa kimi strateji və mədəni əhəmiyyət daşıyan bir şəhərin icra
Azərbaycanın yeni statusu
Çağdaş zamanımızın bütün çağırışları ilə ayaqlaşan Azərbaycan yeni statuslar qazanmaqda davam edir. Bunların ən önəmlilərindən hesab edilən məsələ Türk Dünyası ilə bağlıdır. Azərbaycan Prezidenti fərqli tribunalardan dəfələrlə Türk Ailəsinin vacibliyini vurğulayıb. Və Azərbaycan bu istiqamətdə hərtərəfli fəaliyyətə keçib. Odur ki, iddia edə bilərik ki, Azərbaycan Qafqaz regionunun lideri səviyyəsini adlayaraq bütün türk dünyasında strateji, iqtisadi və mədəni liderlik missiyasını öz üzərinə
Solonnikov: "Görünür, Azərbaycanla Rusiya arasındakı əlaqələr tədricən bərpa olunur"
Son vaxtlar Rusiya və Azərbaycanın hakimiyyət orqanları arasında təmasların dinamikası həqiqətən də artmaqdadır. Baş nazirlərin müavinləri ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığı müzakirə edir, Rusiya tərəfdən Aleksey Overçuk bu məsələlərdə (həm Rusiya-Azərbaycan formatında, həm də Rusiya-Azərbaycan-İran formatında) çox fəal iştirak edir. Bu təmaslar təkcə davamlı deyil, həm də genişlənir. "Bakuinfo" xəbər verir ki, bunu rusiyalı ekspert Dmitri Solonnikov deyib. “Gözlənilən ən
Naumov: "Əliyevin Putinə zəngi yaxşı əlamətdir"
İlham Əliyevin Vladimir Putinə təbrik zəngi etməsi və Düşənbədə mümkün görüş xəbəri yaxşı əlamətdir. "Bakuinfo" xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib. “Dövlətlər, ümumiyyətlə, rasional aktor kimi, emosiyalara əsaslanaraq hərəkət etmir: onların üzərində qurulan siyasətlər qısamüddətlidir və bir qayda olaraq, zərərlidir. Məncə, qaçılmaz normallaşan münasibətdən sonra ən maraqlı sual “bu nə idi?” olacaq. Beynəlxalq siyasət kifayət qədər həyasız bir şeydir və kənar
İlham Əliyevin Putinə zəng etməsi Rusiyada rezonans doğurub
İlham Əliyevin Vladimir Putinə ad günü (7 oktyabr) münasibəti ilə zəng etməsi Rusiyada olduqca maraqlı reaksiyalara səbəb olub: 1. Kremlin mətbuat xidməti Dmitri Peskov bu zəngi təsdiqləməyə məcbur oldu – çünki Kremlin saytında yayılmasına baxmayaraq, media bunu “bir daha dəqiqləşdirməyə” ehtiyac hiss etdi; 2. Kreml az sonra Putinə ad günü ilə bağlı zəng edən MDB dövlət başçılarının siyahısını ayrıca yaydı. Maraqlıdır ki, orda Azərbaycan Prezidenti İlham Əliyevin adı birincidir. Bu, əlifba
Leyla Əliyeva Londonda iqlim dialoqunda iştirak edib - FOTOLAR
Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib. “Bakuinfo” xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət
“Crocus işi”: Rusiya istintaqının Ağalarovlarla bağlı sensasion qərarı
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı istintaq çərçivəsində konsert zalının sahibləri - Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun hesab etməyib. "Bakuinfo" xəbər verir ki , bu barədə Azərbaycan xəbər məkanında ilk məlumat yayan Teleqraf.com yazır ki, istintaq orqanı bu qərarı əsas ekspertizaların nəticələri əldə olunana qədər təxirə salıb. Ekspertizalar başa çatdıqdan sonra işə hüquqi qiymət veriləcək və təminat
David Stepanyan: "Zəngəzur dəhlizində ciddi coğrafi problemlər var"
Daim “dəhliz” (Zəngəzur dəhlizi - red.) məsələsindən danışılır, amma orada bu dəhlizə yer yoxdur. Mehridən dəmir yolu çəkmək olar, amma ona paralel yola yer yoxdur, orada dağ, coğrafiya, relyef buna imkan vermir. İnanıram ki, bu yolu Qarakilsədə (Sisian) çəkmək olar. "Bakuinfo" xəbər verir ki, bunu erməni siyasi müşahidəçi David Stepanyan deyib. “Bütün bunlar suallardır, çoxlarımızın təsəvvür etdiyi kimi deyil – biz onu veririk, orada hasar çəkirlər, dəmir yolu da, neft kəmərləri də,