Prezident: "Əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir"
"Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir". Bakuinfo.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu
Dövlət başçısı forum iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Bakuinfo.net xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
Bu gün Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) işə başlayıb. Bakuinfo.net xəbər verir ki, sabah başa çatacaq tədbir İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub. Forumda dövlət və hökumət rəsmiləri, iş adamları və beynəlxalq investorlar iştirak edir. Tədbir çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur. Forumda Prezident Administrasiyasının İqtisadi məsələlər və
Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!
Konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa da, çox maraqlı çıxışlar oldu. "Bakuinfo" xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə
Paşinyan erməniləri "dəli etdi" - Azərbaycanın qələbəsinin 2-ci ildönümündə...- VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan iş gününə şən mahnı ilə başlayıb. "Bakuinfo" globalinfo-ya istinadla xəbər verir ki, o bu, barədə sosial şəbəkədə paylaşım edib və “Elvina Makaryanın mahnısı iş gününə gözəl başlanğıcdır” qeydini yazıb. Sözügedən paylaşım Ermənistan mediasında və sosial şəbəkə seqmentində etiraz doğurub. Bildirilib ki, ermənilərin Qarabağı itirməsinin 2-ci ilində Paşinyanın bu paylaşımı sözügedən məsələnin onun üçün tam bağlanması mənasına gəlir.
Quru sərhədlərin açılması barədə vacib açıqlama
Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır. "Bakuinfo" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ərdəbilə səfəri zamanı deyib. Səfir bildirib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını deyib: “Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin
Makron Azərbaycana axırıncı pisliyini də etdi
Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb” - sərt etiraz Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb”. Tribunainfo.az-ın məlumatına görə, parlamentdə qondarma “artsax /Dağlıq Qarabağ/, etnik təmizləmədən iki il sonra” təxribatçı mövzusunda konfrans keçiriləcək. Tədbir deputat, Fransa-Ermənistan dostluq qrupunun vitse-prezidenti Emmanuel Mandonun təşəbbüsü ilə təşkil olunacaq. Konfransda Fransa, İsveçrə və Avropa parlamentlərinin
Bakıya FSB gəmisi gəlir- Zaxarova açıqladı
23–25 sentyabr tarixlərində Rusiyanın FSB-yə məxsus “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakıya səfər edəcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq. Gəminin səfəri Bakı
Rusiyada Azərbaycan məhsulları MƏHV EDİLDİ
Rusiyanın Perm vilayətində ilin əvvəlindən bəri 220 kq-dan çox Azərbaycandan və Özbəkistandan gətirilmiş mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsulu məhv edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə informasiyanı Rosselxoznadzor yayıb. Mənbə qeyd edir ki, ət, süd, arıçılıq məhsulları və yumurtalar lazımi baytarlıq sənədləri olmadan ölkəyə gətirilib. Məhsullar Perm hava limanında aparılan yoxlamalar zamanı aşkarlanıb və utilizasiya olunub.
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb. Söhbət ermənipərəst konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir. Təxribatçı layihə Bakıda həbsdə olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını,