Siyasət

Prezidentlə təkbətək görüşü oldu - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. “Bakuinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdiriblər. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: - Hörmətli Qurbanqulu Məlikquliyeviç. Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

12:50, 16 iyul Siyasət

Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqladı

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərinin əsas məqsədini açıqlayıb. "Bakuinfo" xəbər verir ki, o, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı bildirib ki, Azərbaycan Respublikasına bu səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.

12:42, 16 iyul Siyasət

Azərbaycanda yeni nazirlik yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. “Bakuinfo” xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

12:40, 16 iyul Siyasət

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

“Türkmənçay” müqaviləsinin imzalandığı 1828-ci ildən bəri İranın sərhədləri demək olar kı, dəyişməyib. Bu müddətdə bir neçə böyük dövlət dağılaraq tarixin səhnəsindən çıxsa da, İranın sərhədləri dəyişməz qalıb. Qənaətimcə, İranın sərhədlərinin bütövlüyünün dəyişməz qalmasının əsas səbəbi Rusiya mərkəzli avrasiyaçılıq olub. Axar.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib. “İndi isə İranın bütövlüyünün əsas təminatı olan Rusiya mərkəzli avrasiyaçılıq məğlub olaraq çöküş

12:30, 16 iyul Siyasət

Ukraynadan Azərbaycana riskli təklif

Rusiya Kiyev-Bakı yaxınlaşmasını diqqətli izləyir, bu təmaslardan narahatlıq hiss olunmaqdadır Bakı-Moskva münasibətlərində gərginlik fonunda Azərbaycan-Ukrayna əlaqələrində intensivlik müşahidə olunur. İyulun 10-11-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərində Ukraynanın Bərpası Konfransında iştirak edib. Sayca 4-cü olan builki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120

12:22, 16 iyul Siyasət

Berdiməhəmmədov Qarabağa gəlir

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov 16-17 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq. "Bakuinfo" xəbər verir ki, səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq. Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Qarabağa səfəri gözlənilir.

15:24, 15 iyul Siyasət

Zəngəzurla bağlı yeni sensasiya - Azərbaycan razılaşsa...

Dəhlizə nəzarət uğrunda güc mərkəzlərinin mübarizəsi sərtləşir; bu düyün necə çözüləcək? - şərh “Tramp Nobel mükafatı almaq istəyir və bunun üçün müəyyən sülh olmalıdır. 12 günlük İran-İsrail müharibəsi bir yana, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp heç nəyə nail ola bilmədi. Dövlət katibi Rubio ilə görüşündə isə o, Ermənistan-Azərbaycan probleminin sülh müqaviləsi yolu ilə həllinə əsasların olduğunu bildirdi”. Bu sözləri erməni politoloq Stepan Danielyan deyib. Zəngəzur dəhlizindən və bu

14:54, 15 iyul Siyasət

Kamran Əliyevdən yeni prokuror - Təyinatları - Foto

Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı Şəhər Prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi, daha öncə isə Sabirabadın prokuroru vəzifəsində çalışıb. K. Əliyevin digər əmri ilə Mingəçevirin sabiq prokuroru baş ədliyyə müşaviri Qabil Səfərov Zaqatalaya prokuror

14:17, 15 iyul Siyasət

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. "Bakuinfo"nun məlumatına görə, məktubda deyilir: "Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük

12:17, 15 iyul Siyasət

Rusiyada azərbaycanlı sahibkarlar saxlanıldılar

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda dörd polis idarəsinin rəisləri korrupsiya əməllərinə görə saxlanılıblar. "Bakuinfo" bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb. Daha sonra təhlükəsizlik qüvvələri adıçəkilən polis əməkdaşlarına rüşvət verən, aksizsiz spirtli içkilər və qaçaqmal siqaret satışı ilə məşğul olan Azərbaycandan olan sahibkarları saxlayıblar. İstintaqın məlumatına görə, azərbaycanlı sahibkarlar qaçaqmalçılıq və tütün məhsulları satmaqda, habelə

11:35, 15 iyul Siyasət

Powered by MirTech