Siyasət

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan ölkədir. Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. ”Bakuinfo” APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Türkiyə diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır. “Ümid edirəm ki, iki ölkə

15:02, 05 iyul Siyasət

Əliyevin Rusiyaya Xankəndidən - Cavabı

ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi – liderlərin bu şəhərə toplanmasının əhəmiyyəti bir neçə kontekstdə önə çıxır. "Bakuinfo" Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib. “Birincisi, cari gündəm fonunda diqqət çəkir: Moskvanın Bakıya təzyiqi qarşısında Azərbaycanın güclü cəbhəyə sahib olduğu məhz Xankəndidə - Rusiyanın dəstəyinə rəğmən məhv edilən erməni separatizminin keçmiş “yuvası”nda nümayiş etdirilir; toplantının məqsədi

13:53, 05 iyul Siyasət

Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər..

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. "Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə prezidenti ilə də çox yaxşı və konstruktiv söhbətimiz

11:41, 05 iyul Siyasət

İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video

İran Prezidenti Məsud Pezeşkian Şuşa şəhərinə səfər edib. “Bakuinfo” xəbər verir ki, o, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirak edib. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian birlikdə Şuşaya gediblər. Dövlət başçıları şəhərin mənzərəsini seyr ediblər. Onlar Yuxarı Gövhər Ağa məscidinə baxıblar. İlham Əliyev iranlı həmkarına işğal dövründə Ermənistanın Şuşada

19:13, 04 iyul Siyasət

İlham Əliyev bu foto ilə tarix yazdı – 3 mesaj

Dörd ölkə liderinin - Prezident İlham Əliyevin, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın çay süfrəsi ətrafında əyləşdiyi bu masadan mühüm siyasi nəticələr çıxır. Birincisi, Əliyev qalmaqallı Səmərqənd sammitindən sonra ŞKTC ilə digər türk dövlətləri arasında yaranmış soyuqluğu aradan qaldırır. Avropa Birliyi-Mərkəzi Asiya ölkələrinin aprel ayında baş tutan Səmərqənd sammitində yunan Kiprini

15:23, 04 iyul Siyasət

ECO-nun sammitində iştirak etmək üçün ölkəmizə gəldilər - Fotolar

Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib. “Bakuinfo” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. *** Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu da ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Füzuli rayonuna səfərə gəlib. Füzuli

16:07, 03 iyul Siyasət

Sərhədimizdə növbəti müharibə anonsu – Türkiyə hərəkətə keçdi

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib. O, Ərbildə Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani, Kürdüstan Regional Hökumətinin (KRG) prezidenti Necirvan Bərzani, Kürdüstan Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani və digər rəsmilərlə görüşüb. İkitərəfli danışıqlar zamanı İran və İsrail arasında müharibədən sonra bölgədəki son vəziyyət və regional sülhün təmin olunması üçün atılacaq addımlar müzakirə edilib. Görüşlərdə müzakirə

15:20, 03 iyul Siyasət

Ərdoğanın Xankəndiyə səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, dövlət başçısı iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılacaq. Onun sözlərinə görə, R.T.Ərdoğan sammit çərçivəsində bir sıra görüşlər keçirəcək. “Dayanıqlı və iqlim dəyişikliklərinə dözümlü gələcək üçün yeni iqtisadi

14:02, 03 iyul Siyasət

Gündəmi silkələyən iddia! – Rusiya Azərbaycandan görün nə istəyirmiş

Rusiya ilə Azərbaycan arasında müşahidə olunan gərginlik diplomatik kontekstdən kənara çıxır və geosiyasi çərçivədə aktuallaşır. Zəngəzur dəhlizi ətrafında baş verən proseslər bu gərginliyin arxa planında əsas strateji amil kimi diqqət çəkir. İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan — Kalininqrad modeli əsasında açılması barədə prinsipial razılıq əldə olunub. Məhz buna görə Rusiya müxtəlif təzyiq

10:43, 03 iyul Siyasət

Zaxarovadan Azərbaycanla bağlı YENİ AÇIQLAMA

Rusiya və Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. "Bakuinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib. Zaxarovanın sözlərinə görə, bu münasibətlərin mövcudluğundan narahat olan müəyyən qüvvələr var.

10:43, 03 iyul Siyasət

Powered by MirTech