Ermənilərlə əl-ələ verən qonşunun xəyanəti: Rusiyadan Azərbaycana qarşı təxribat
Rusiyada son baş verən hadisələr fonunda Azərbaycana qarşı növbəti təxribat əməlinin üstü açılıb. ”Bakuinfo” oxu.az-a istinadən xəbər verir ki, 2025-ci ildə Rusiyanın "Knijnıy Mir" nəşrində Erməni diasporuna məxsus və Dialoq təşkilatının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ"ın memarlıq şedevrlərini kim və kimin torpağında yaradıb?" ("Кто и на чьей земле создал архитектурные шедевры Нагорного Карабаха?") adlı kitab nəşr olunub. Kitabın müəllifi Moskvada
Pezeşkian Xankəndiyə gəlir
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. ”Bakuinfo” Teleqraf-a istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək. İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.
Azərbaycanın səfiri Rusiya XİN-ə gəldi - Video
Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin Smolenskaya meydanındakı binasına gəlib. “Bakuinfo” xəbər verir ki. bu barədə TASS məlumat yayıb. Diplomat jurnalistlərə şərh vermədən davam edib. Rusiya Xarici İşlər Nazirliyi dünən bildirmişdi ki, Mustafayev “Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı” çağırılıb. Qeyd edək ki, ötən gün DİN "Sputnik Azərbaycan"ın ofisində əməliyyat keçirib
Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyinə çağırılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Səfirin nazirliyə çağırılmasına səbəb kimi Rusiya jurnalistlərinin saxlanılması göstərilib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. "Bakuinfo""Report"a istinadən xəbər verir ki, səfər iyulun 4-nə nəzərdə tutulub. Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək. Ərdoğanın bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcəyi bildirilir.
İlham Əliyev SƏRƏNCAM imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bununla bağlı "Bakuinfo" President.az -a istinadən xəbər verir. Sərəncama əsasən, F.Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Rusiyadakı soydaşlarımıza qarşı növbəti təxribat - Rəsmi
Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “Bakuinfo”ya bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur. Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan
“Azərbaycanlı olmaq günah deyil!” – SƏRT BƏYANAT
Azərbaycanlı hüquq müdafiəçiləri hüquq müdafiə təşkilatlarına, jurnalist cəmiyyətinə, vətəndaş cəmiyyətinə və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. "Bakuinfo" Musavat.com-a istinadən bildirir ki, müraciətdə qeyd olunur: “27 iyun 2025-ci il tarixində Yekaterinburq şəhərində Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilmişdir. Əməliyyat zamanı onlarla Azərbaycan vətəndaşı və azərbaycanlı
Aygün Attardan rəsmi Moskvaya SƏRT SÖZLƏR
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlılara qarşı kütləvi həbslər, təzyiqlər və təqiblərə görə Rusiya hakimiyyətini kəskin tənqid edib. "Bakuinfo" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki paylaşımında yazıb. "Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə öldürmək əmrini kim verib? Rusiya xüsusi təyinatlılarının bir ailənin 4 üzvünü öz evində öldürməsi nə deməkdir? Ay
Rusiyanın Yekaterinburq zorakılığında məqsədi məlum oldu
“Politika stranı” Teleqram kanalı Rusiya ilə Azərbaycan arasında son günlər münasibətlərin gərginləşməsinə diqqət çəkib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, sosial media Yekaterinbuqrdakı son zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən kifayət qədər düşünülmüş, nümayişkaranə şəkildə və kifayət qədər amansızlıqla həyata keçirildiyini yazıb. O da qeyd olunub ki, Rusiya tərəfi son hadisələrdə həlak olan iki azərbaycanlının ölümündən sonra belə öz “hüquq-mühafizə