Siyasət

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var

Məlum olduğu kimi, Rusiyanın “ Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən

19:02, 10 fevral Siyasət

Sahil Babayevin sirri açılır: Böyük əməliyyata hazırlıq – “Qara kassalar”, gizlinlər…

Ötən həftə mühüm təyinatlarla yadda qaldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verənlər diqqətləri bir neçə istiqamətə çəkdi. Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarılandan az sonra mediada belə bir iddia dolaşmağa başladı ki, supernazirlik yaradılır. Guya Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti bir qurumda birləşdiriləcək, yeni təsis edilən təşkilatın başına Sahil Babayev gətiriləcək. Bu xəbərə inananları

17:08, 10 fevral Siyasət

Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib. “Bakuinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub. Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib. Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov da

15:08, 10 fevral Siyasət

Bu deputatın Azərbaycana girişinə qadağa qoyuldu

“Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir”. “Bakuinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib. “Qeyd edilən

15:06, 10 fevral Siyasət

Samir Nuriyev iclas keçirdi

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib. “Bakuinfo” xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və

19:47, 06 fevral Siyasət

Rusiyadan Azərbaycan XİN-in NOTAsına CAVAB: "Biz buna hazırır..."

"Rusiya Bakıda "Rus Evi"nin qeydiyyata alınması məsələsini həll etməyə hazırdır və vəziyyətin sağlam şəkildə həllini gözləyir". "Bakuinfo" TASS-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyə. Qeyd edək ki bundan əvvəl Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər (ruslar-red.) və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Bakıdan

18:20, 06 fevral Siyasət

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. "Bakuinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. Onun

17:59, 06 fevral Siyasət

Sabiq icra başçısı xidməti pasportunu itirib

Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib. “Bakuinfo” “Teleqraf”a istinadən xəbər verir ki, sənədin hansı şəraitdə itdiyi məlum deyil. R.Məmmədova xidməti pasportu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) verib. Artıq itən sənədin etibarsız sayılması barədə elan dərc olunub. Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

13:49, 06 fevral Siyasət

Nazir vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

17:37, 05 fevral Siyasət

SON DƏQİQƏ: Vahid Əhmədovla bağlı PİS XƏBƏR

Sabiq millət vəkili Almaniyaya aparılıb. Məlumata görə sabiq millət vəkili hazırda bu ölkənin xəstəxanalarından birinə yerləşdirilib. Vahid Əhmədovun bir müddətdi səhhətində problemlər olduğu vurğulanır. Qeyd edək ki, Vahid Əhmədov millət vəkili olduğu müddətdə də müalicə üçün xaricə üz tuturdu və bir neçə dəfə İsrail və Almaniyada müalicə olunmuşdu.\Vətəninfo.az

14:17, 05 fevral Siyasət

Powered by MirTech