Yeni Zəfər abidəsinin açılışı olub - FOTOLAR
Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsini simvolizə edən abidə inşa edilib. “Bakuinfo” xəbər verir ki, 44 metrlik monumental abidənin ətrafında Vətən müharibəsinin hər günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Açılış mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. (Qafqazinfo)
İlham Əliyev daha bir açılışda iştirak etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib. "Bakuinfo" xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdi. Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60
İlham Əliyev şəhidləri yad etdi - VİDEO
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. "Bakuinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ziyalılardan Birinci xanıma müraciət
Azərbaycanın bir qrup ictimai xadim və ədəbiyyat adamları şair Əlisəmid Kürün müalicəsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıblar. "Bakuinfo" xəbər verir ki, müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur. Açıq məktubda deyilir: “Hörmətli Mehriban xanım, Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı
“Kupça” ala bilməyən şəxslər nə etməlidir?
Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara “kupça”, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər. "Bakuinfo" xəbər verir ki, vəkil Amid Əsgərov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün
Güc strukturlarının rəsmiləri Zəfər parkında
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. "Bakuinfo" xəbər verir ki, xidmət rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov şəhidlərin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüb. (Qafqazinfo)
Şəhidlər xiyabanının adı dəyişdirildi
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq. (Oxu.az)
Ekspert danışdı: "Bəzi taksi sürücülərinə qarşı diqqətli olmaq lazımdır"
Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur. Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır?
Yağış yağacaq, güclü külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. "Bakuinfo" xəbər verir ki, havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan
Abşeronda yanğın məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş