Əbu-Dabi görüşü: Razılıq əldə olundu
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. ”Bakuinfo” Report-a istinadla xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha
Əvəzləndi, amma Geri Döndü? – Bəylər Eyyubov Prezidentlə Yan-yana
İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Fərid Əsgərov təyin olunub . Eyni zamanda, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi vəzifəsinə təyin edilib . Bu dəyişikliklər fonunda, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Bəylər Eyyubovun iştirak etməsi diqqət çəkib. Görüşdə Prezidentin yanında Fərid
Əliyevlə Paşinyanın görüşü başladı - Video
Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. “Bakuinfo” xəbər verir ki, görüş Əbu-Dabidə keçirilir.
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşünün əsas gündəminə dair bir təxmin irəli sürmək mümkündür: Zəngəzur dəhlizinin hansı mexanizm üzrə açılmasının müzakirə edilməsi; Tərəflərin yekun sülh sazişinə yaxınlığı azdır, xüsusilə Ermənistan konstitusiyasının hələ də dəyişdirilməməsi fonunda. Lakin hazırda əsas gündəm Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiyanın bərpasıdır, bu, həm də sülh sazişinin imzalanmasında əsas düyün nöqtəsidir. - Ermənistan dəhlizin keçdiyi bölgəyə suverenlik
Prezident BƏƏ-yə getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. “Bakuinfo” xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"
Bəzi rusiyalı siyasi ekspertlər son proseslərdə yenə hakimiyyətin opponentlərindən yararlanmaq istəyir - siyasi təşkilatlardan təpki Rusiya-Azərbaycan gərginliyi ölkə müxalifətinin işinə yarayıb. Məlumatlara görə, müxalifət Rusiya mediasının da diqqətini çəkib, məsələn, Müsavat başqanı İsa Qəmbər Rusiyanın RBK və Ukrayna mediasına geniş açıqlamalar verib. AXCP sədri də diqqətdən kənarda qalmayıb. “Müxalifət liderlərinin bu cür qəfil maraq obyekti olması isə siyasi təcrübəsi olan hər kəs üçün
Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi
Bəzi söz-söhbətlərin əksinə olaraq, qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib. "Bakuinfo" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. Qeyd edək ki, bundan əvvəl İranın bəzi media qurumları və ekspertləri İsrailin Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirmək üçün bölgə ölkələrinin, o cümlədən Azərbaycan Respublikasından hava məkanından istifadə etdiyi barədə iddialar səsləndirmişdilər.
Hikmət Hacıyevdən Rusiya açıqlaması
Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir. "Bakuinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib. “Özünüz çox yaxşı
Ərdoğandan sensasion Zəngəzur anonsu
Türkiyə liderinin bəyanatı İstanbul görüşünün şifrələrini açır; İrəvan dəhlizin açılmasına razılaşıbsa, hansı rejimdə işləyəcək? “Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq”. “Yeni Müsavat” xatırladır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib: “Zəngəzur
MOSKVADAN BAKIYA "MÜXALİFƏT" TƏHDİDİ... - Cavab Xankəndidən verildi
Dünya dəyişsə də, əsrlər boyu xalqları bir-birinə qarşı salan, sərhədləri “ayaq izi” ilə ölçən, millətlərin iradəsini zorla ram edən imperiyalar tədricən tarixə gömülsə də, şovinist siyasi dairələrin zehniyyəti dəyişmir. Xüsusilə də Rusiyanın bəzi şovinist beyin mərkəzləri-hələ də imperiya uydurmalarının cazibəsindən qopa bilmirlər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) nəzdində fəaliyyət göstərən Dünya İqtisadiyyatı və Siyasəti Fakültəsinin dekanı Andrey Suzdaltsevin