Mixail Qusman Bakıda - FOTOLAR
Rusiyanın TASS agentliyinin sabiq direktor müavini Mixail Qusman Bakıya gəlib. Teleqraf xəbər verir ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustinin sərəncamı ilə TASS-ın direktor müavini vəzifəsindən azad edilən Mixail Qusman hazırda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edir.
İlham Əliyev Ağ Evdə Paşinyanla görüşəcək: Sülh sazişi...
ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında məlumat verib. O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər. Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur.
“Azərbaycan İranın qorxusundan...” - Bakıya növbəti hücum
Tehranın siyasi elitasının mediası Zəngəzurla bağlı rolumuzu kiçiltməyə çalışıb - İrana qarşı beynəlxalq koalisiya qururuq? İranın siyasi elitasının qəzeti kimi tanınan “Tehran Tayms” (The Tehran Times) başlığı ilə diqqət çəkib. “Zəngəzur: Qafqazı dağıda biləcək dəhliz. İranın qəti şəkildə qarşı çıxdığı bu qeyri-qanuni marşrut üçün yenidən səslənən çağırışlar regionu xaosa sürükləyəcək”, - deyə nəşr qeyd edib. Qəzet iddia edir ki, “Bakı İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını yaxşı başa
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Bakı-Moskva münasibətlərində ikincinin günahı üzündən gərginlik aşağı-yuxarı eyni olaraq qalır. Hərçənd son günlərdə Azərbaycan tərəfi Rusiyaya iki mühüm jest edib. Onlardan biri İlham Əliyevin qəzaya uğrayan AN 24 sərnişin təyyarəsi ilə bağlı Putinə başsağlığı verməsidir. Digərini Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində dilə gətirib. O, tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün zəruri
Rusiya Ermənistana ordu yığır: Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Ermənistandakı mənbələr, xüsusilə də müxalif mövqedə olan “Hraparak” nəşri ciddi və narahatedici məlumat yayıb. "Bakuinfo" xəbər verir ki, nəşrin Gümrü şəhərindəki mənbələrə istinadla yazdığına görə, 102-ci Rusiya hərbi bazasına son həftələrdə intensiv şəkildə silah, texnika və sursat daşınır. Məlumatlara əsasən, hər gün bir neçə Rusiya hərbi yük təyyarəsi bazaya enir və bu axın səngimək bilmir. Erməni ictimaiyyəti və bəzi siyasi dairələr artıq bu hərbi yığmanın sadəcə bazanın
Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma... - Hikmət Hacıyev
Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. "Bakuinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: "Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real
Bayramov və Hakan Fidan sülh prosesini müzakirə etdi
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub. “Bakuinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb. Məlumata görə nazirlər Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları ilə bağlı danışıb, mübadiləsi aparıblar.
Rusiyada İsgəndər Xəlilovun oğlunun ofisinə basqın edildi - Foto
Rusiyada azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətində axtarışlar aparılır. “Bakuinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, xüsusi təyinatlılar və müstəntiqlər bu gün səhər saatlarında şirkətin Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə ediblər, həmçinin əməkdaşların işdən çıxmasına imkan verməyiblər. Axtarışlarla bağlı digər detallar məlum deyil. Qeyd edək ki, “Railgo” şirkəti neft
Azərbaycan sərhədində yeni müharibə - Qoşunlar hazır vəziyyətə gətirildi
"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə yenidən zərbə endiriləcək". "Bakuinfo" Bakupost.az-a istinadən xəbər verir ki, bunu İsrail Knessetinin spikeri Amir Ohan bildirib. “Ayətullah rejimi dayanmayıb, bundan sonra da belə davam edərsə, yenidən zərbə endirməli olacağıq”, - İsrail rəsmisi vurğulayıb. Bu arada İran İnqilab Keşikçiləri Qvardiyasə Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqlayıb. İran Prezidenti Məsud
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib. "Bakuinfo" xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların yaxınlarına və yaxınlarına dərin